Menu
Geri İrəli

Evinizdəki təbii antibiotiklər — SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Fevral 2017 • Baxış sayı: 315 dəfə • Şərh yoxdur

5503442265_qripFevral ayının soyuğu hələ də qapımızı kəsdirib. Kiçik çilə özünü göstərir. Havaların soyuq keçməsi qrip və soyuqdəymə xəstəliklərinin artması ilə müşahidə edilir. Qrip və soyuqdəymədən qorunmaq, xəstəlikdən tez qurtulmaq mümkündür. Bunun üçün müxtəlif dərman preparatlarını qəbul etmək lazımdır. Bəs görəsən dərmana ehtiyac qalmadan mətbəxdə və evimizdə olan təbii antibiotiklərdən istifadə edə bilərikmi?

“Ölkə.Az” bu gün oxucularını hər birimizin evində olan təbii antibiotiklərlə tanış edəcək.

Bal

Səhər yeməyində 1 çay qaşığı təbii bal qəbul edin. Balın antibakterial və antiviral xüsusiyyəti immunitetinizi qorumağa kömək edəcək, gün ərzində enerjinizi artıracaq.


Zəncəfil

Zəncəfilin tərkibində olan gingerol maddəsi ağrıkəsici, qızdırmasalan və sakitləşdirici təsirə malikdir. Nazik doğranmış 1 dilim zəncəfili limon şirəsi əlavə edilmiş ilıq su ilə qarışdırın. 20 dəqiqə sonra qəbul edin. 2-3 dəfə belə məhlul qəbul etmək boğaz ağrısı və öskürəyi aradan qaldırır.


Sarıkök

Sarıkök mikrob əleyhinə xüsusiyyətə malikdir. 1 stəkan qaynar suya sarıkök əlavə edin və 5 dəqiqə gözləyin. Gün ərzində 2-3 dəfə qəbul edin.


Soğan və sarımsaq

Demək olar ki, bütün sulu və quru yeməklərə əlavə etmək mümkündür. Xüsusən də qış aylarında süfrənizdən soğan və sarımsağı əksik etməyin.


Adaçayı

Adaçayı antiviral xüsusiyyətə malikdir. Ağız və boğaz iltihabının müalicəsində yaxşı təsir göstərir. 3-4 adaçayı yarpağını 1 stəkan qaynar suda 5-10 dəqiqə dəmləyib qarqara da etmək olur.


Qara zirə

Qara zirə immunitetə müsbətt təsir edir. Gündə bir çay qaşığı qara zirəni çeynəmək sizə faydalıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın