Menu
Geri İrəli

Evlənmək istəyən 484 nəfərdə xəstəlik tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Oktyabr 2016 • Baxış sayı: 180 dəfə • Şərh yoxdur

toyBu ilin sentyabr ayında nikaha daxil olmaq istəyən 10990 nəfər tibbi müayinədən keçib.
Bu haqda Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva məlumat verib. O, Modern.az-a deyib ki, müayinələr zamanı 484 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb: “Nikaha daxil olmaq istəyənlərdən 420 nəfəri talassemiya daşıyıcısı, 54 nəfəri sifilis, 8 nəfəri isə QİÇS-ə yoluxub. 1 cütlüyün talassemiya daşıyıcı olduğu meydana çıxıb”,direktor bildirib.

Direktorun sözlərinə görə, indiyədək ümumilikdə 197554 nəfər müayinədən keçib: “Onlardan 9131 nəfəri talassemiya daşıyıcısı, 849 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS (SPİD) aşkarlanıb. İndiyədək 71 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb”.

Nazirlik rəsmisi qeyd edib ki, talassemiya aşkarlanan cütlüklərdə ehtiyac görüldüyündən 3 halda hamiləlik pozulub.

Z.Əlimirzəyeva xəstəlik aşkarlanan cütlüklərin nikaha daxil olub-olmaması barədə məlumatın dəqiqləşmədiyini bildirib.

Azərbaycanda bir ildən artıqdır ki, nikahdan öncə tibbi müayinə qaydası tətbiq olunur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın