Menu
Geri İrəli

Gülüşünüzdən utanırsız?! – “AQS dental center”in TÖVSİYƏSİ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2017 • Baxış sayı: 513 dəfə • Şərh yoxdur
Share Button

Logo AQS medical 33

sumqayitxeber.com saytı ilə ”AQS dental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik.

 Gülüşünüzdən utanırsız?! Artıq utanmaq lazım deyil! İndi dişlərinizin estetik bərpası üçün son zamanlar trenddə olan vinir var!

VİNİR nədir?
Vinir – kompozit yaxud keramikadan hazirlanmiş dişin üst qatını, rəngini və ya formasını əvəz edecək plastinkadir.
1510917018_21

Göstərişlər:

- dişin qırılması
- dişlər arası məsafələr (diastema)
- dişin xəncərvari defekti
- dişlərin rəng pozulması

Əks göstərişlər:
- diş xəstəlikləri (kariyes, pulpit, periodontit)
- dişlərin zəifləməsi
- dişlərdə emal həcminin az olması
- dişləm patalogiyası
- tam çıxmamıs dişlər

 Vinir qoyduğunuz zaman dişinizin siniri çıxarılmır və dişiniz çox yonulmur. Misal: əgər hər hansı bir dişinizə qapaq qoyursunuzsa, o dişiniz 70%-ədək yonulur, amma vinir qoyduğunuz zaman dişlərənizin emalı daha çox saxlanılır və daha çox qorunur. Qapaq qoyulduqdan sonra, həmin dişə illər sonra vinir qoymaq mümkün deyil, amma vinir qoyduğunuz dişə illər sonra qapaq qoymaq mümkündür – estetik olaraq o dişiniz sizi artıq qane etmirsə və ya digər problemlərə görə.
 Xəstə : Aleynikova Mariya İqorevna (menecer) yaş 28

1510917033_22

Mariya xanımın vəzifəsi artdıqdan sonra, o daha çox insanlarla görüşməyə və tez-tez toplantılara qatılmağa başlamışdır. Lakin o, hər zaman özündə dişlərinə görə kompleks hissi yaşayırdı, özünə tam güvənə bilmirdi. Biz Mariya xanıma vinir məsləhət gördük.

GÜLÜŞÜNÜZ SİZİN UĞURUNUZDUR!
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın