Menu
Geri İrəli

Hansı meyvənin şirəsi daha xeyirlidir?

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2015 • Baxış sayı: 648 dəfə • Şərh yoxdur

photo_25201Hər birimiz təbii şirəni çox sevirik. Həm görünüşü, həm də tərkibi ilə hər birimizi cəlb edən bu şirələr, dietoloqların fikrinə görə o qədər də xeyirli deyil. Bu məqalədə sizə bunun səbəbi və düzgün seçim etmək üçün lazımlı məlumat verəcəyik:

Tərəvəz şirələri
Tərəvəz şirələri — qida rasionunuza təbii xeyirli bitki maddələrini əlavə etmək üçün ideal vasitədir. Tomat şirəsində olan likopin, prostat xərçəngi xəstəliklərinin təhlükəsini azaldır.Şəkər çuğunduru şirəsi isə arterial təzyiqi azalda bilir. Ümumilikdə isə tərəvəz şirəsinin tərkibində meyvə şirəsi ilə müqayisədə şəkər və kaloriy azdır, buna baxmayaraq natrinin miqdarı lazımım səviyyədədir.

Nar şirəsi
Hər gün yalnız 1 stəkan şirə içməyi planladıqda, ən düzgün seçim etmək lazımdır. O zaman, qida dəyəri daha çox olan şirələrə nəzər salaq. Nar şirəsi — bu cədvəldə birinci yerdədir. Onun tərkibində çox sayda şəkər və kaloriy vardır və o, orqanizmdə antioksidant dozasını yüksək səviyyə təmin edir. Bu maddələr isə beyin funksiyasının qorumasını təmin edir və xərçəngin qarşısını ala bilir.

Quşüzümü şirəsi
Quşüzümü şirəsi C vitamini ilə çox zəngindir, o isə immun sistem üçün çox lazımlıdır. Həmçinin xalq arasında şirin olmayan quşüzümü şirəsini, sidik yolları infeksiyalarının təhlükəsindən qorumaq üçün istifadə edirlər.

Qaragilə şirəsi
Qaragilənin tərkibində olan maddələr, beyinin sağlam saxlanmasına kömək edir. Həmçinin bu şirə yaddaş funksiyası üçün çox xeyirli sayılır.

Albalı şirəsi
Antioksidantlarla zəngin olması ilə bərabər, bir çox giləmeyvə şirələri iltihab əleyhi xüsusiyyətlərinə də malikdirlər. Araşdırmalara əsasən fiziki işdən əvvəl və sonra içilən 1 stəkan albalı şirəsi məşqdən əldə olunmuş əzələ ağrılarını ağrılarını azalda bilirlər.

Qırmızı üzüm şirəsi
Hamımız bilirik ki, normal dozada qırmızı çaxır ürəyə xeyirdir. Bunu həmçinin qırmızı üzüm şirəsinə də aid etmək olar. Onun tərkibində çox güclü flavonod-antioksidantları vardır.

Portağal şirəsi
Səhər yeməyi zamanı çox populyar olan şirə, buna layıqdırmi? O, immun sistemə müsbə təsir göstərən C vitamini ilə çox zəngindir. Bundan əlavə o, sümükləri möhkəmləndirən kalsiy və D vitamini, qidalı maddələrlə zəngindir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın