Menu
Geri İrəli

“Hollivud gülüşü”nə sahib olmaq istəyirsiniz? – AQS Dental tövsiyə edir

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Avqust 2017 • Baxış sayı: 1,029 dəfə • Şərh yoxdur

hollywoodsumqayitxeber.com saytı ilə ”AQS dental center”in birgə layihəsi olan “Həkim məsləhəti” rubrikasını təqdim edirik.
Bu dəfəki qonağımız Sumqayıtda fəaliyyət göstərən “AQS Medical Center”-in həkim paradontoloq Şəkər Nüsrətovadır.

Zoom nədir?

Zoom professional ağartama üsulu olub, dişlərin rəngini 2 və ya 3 rəng ton açmaq deməkdir. Əsasən sarımtıl rəngli dişlərdə daha yaxşı effekt əldə olunur. Bu zaman 22 və ya 35 % KARBAMID PEROKSID tərkibli gel dişlərin üzərinə çəkilir. ZOOM aparatı ilə 45 dəqiqə ərzində oksidləşmə gedir və dişlər ağarır. Xəstədə heç bir narahatlıq olmasın deyə anesteziya aparılır.
Zoom-a göstəriş:
1.Ön dişlərin tam sağlam olması (yəni ön dişlərdə plomb olmamalıdır)
2.Sağlam diş ətinin olması
Zoom-a əks göstərişlər:
1. tetrasiklin dişlər
2. dişlərin rənginin bozumtul olması
3. dişlərin minasında çatlar olması
4. dişlərdə həssaslıq olması
5. Hər hansı diş əti xəstəliyinin olması
Xəstə Elşən Kazımov dişlərinin sarımtıl rəngdə olmasından narazı olduğu üçün “AQS Centre” müraciət etmişdir. Xəstəyə ZOOM ilə ağartma təklif olundu və ağartmadan sonra Elşən bəy razılığını bildirdi.
1502609117_zoom

Facebook Şərhləndirmə:

Şərhinizi yazın