Menu
Geri İrəli

İnternetdə həkim axtarışı asanlaşdı – Sadəcə bunu etmək lazımdır

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2015 • Baxış sayı: 544 dəfə • Şərh yoxdur
hekimİstənilən xəstəlik üzrə həkim axtarışı asanlaşıb. Bundan sonra internetdə axtarış verməklə həkim haqqında məlumat toplamaq mümkün olacaq.

Bu barədə virtualaz.org saytına Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat veriblər.

Xəbərdə deyilir ki, Səhiyyə Nazirliyinin daha bir xidməti “Elektron hökumət” portalına (e-gov.az) inteqrasiya edilib.

Nazirliyin “Həkim axtarış sistemi” ilə istənilən həkim haqqında məlumat əldə etmək mümkün olacaq. Beləliklə də xəstə müraciət edəcəyi həkimi əvvəlcədən tanıyacaq.

Bu xidmətin istifadəyə verilməsi ilə Səhiyyə Nazirliyinin portalda təqdim olunan elektron xidmətlərinin sayı 33-ə, portaldakı ümumi xidmətlərin sayı isə 422-yə çatıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın