Menu
Geri İrəli

Kökəlməmək üçün səhər və ya axşam yeməyindən imtina doğrudurmu?

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2016 • Baxış sayı: 594 dəfə • Şərh yoxdur

fat_080612Bu gün cəmiyyətdə kökəlmə, piylənmə kimi problemlər ən aktual mövzulardan biridir. Bu problemin qarşısını almaq istəyən insanlar həkim məsləhəti olmadan müxtəlif üsullardan istifadə edir, o cümlədən səhər və ya axşam yeməyindən imtina edirlər.

Məsələyə münasibət bildirən həkim-dietoloq Nərgiz Nəzirova Trend-ə bildirib ki, insan səhər və ya axşam yeməyindən imtina etməməlidir. Həkim-dietoloq bildirib ki, səhər və ya axşam yeməyindən imtina insan orqanizmi üçün çox ziyanlıdır: “Səhər yeməyi mütləq olmalıdır. Bir çox insanlar səhər yeməyi yemirlər ki, kökəlməsinlər. Ancaq səhər yeməyi mütləq yeyilməlidir. İnsan səhər nə yesə, orqanizm onunla oyanır. Səhər yeməyinin rasionuna pendir, kəsmik, kərə yağı kimi qidalar, o cümlədən isti içki daxil edilməlidir. Çünki bu qidaların tərkibində insan orqanizmi üçün lazım olan vitaminlər var. Axşam yeməyindən də imtina insan orqanizmi üçün çox ziyanlıdır. Orqanizmin aclıq hissi varsa, az həmcdə yemək lazımdır. Axşam yeməyinin meyvələrlə əvəz olunması da doğru deyil. İnsan ac qalmamalıdır”.

N.Nəzirova əlavə edib ki, əslində gün ərzində 4-5 dəfə yemək lazımdır: “Əgər insan acan zaman az həcmdə rejimlə gündə 4-5 dəfə yemək yesə, artıq çəki ilə bağlı heç bir problem olmaz. İnsan gün ərzində hər şey qəbul etməlidir, ancaq normasında”.

Həkim bildirib ki, insanın ac qalması orqanizmi zəiflədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın