Menu
Geri İrəli

“Mars” şokoladlarında ölümcül bakteriya – Firmadan xəbərdarlıq

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2017 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

marsModerator.az xəbər verir ki, Mars şokoladından ölümcül bakteriya yayıldığı bəlli olub.

Şirkət Mars İngiltərə və İrlandiyada satışa çıxarılmış bəzi şokoladlarını geri yığıb. Bu qərarın “Mars Galaxy”nin “Teaser bars”, “Counters” və “Minstrels” məhsullarında ölümcül salmonella bakteriyası riskinin olması səbəbiylə alındığı öyrənilib.

Mars şirkəti bu məhsulları alan hər kəsi yeməmələri barədə xəbərdarlıq edib. Bununla yanaşı şirkət “İstehlakçılar məhsulları mühafizə etməli və istehlakçı məmnuniyyəti dəstəyilə rabitəyə keçməlidir” açıqlamasını verib.

Şokolad istehsalçısı Mars “Tədbir olaraq bu məsələ ilə bağlı bir şikayət almamağımıza baxmayaraq istehlakçılarımızın etimadı və təhlükəsizliyi üçün məhsullarımızı könüllü olaraq geri yığmaq qərarını aldıq” –deyə açıqlama verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın