Menu
Geri İrəli

Milli Onkologiya Mərkəzi Sumqayıtda profilaktik müayinələrə başlayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Aprel 2014 • Baxış sayı: 780 dəfə • Şərh yoxdur

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi son illər respublikada müvafiq xidmətin strukturunun təşkili, bədxassəli şişlərin ilkin diaqnostikası və xərçəngin dərmanla müalicəsinin işlənib hazırlanması və təkmilləşdirilməsi sahələrində böyük işlər görür.
Mərkəz hər il olduğu kimi, bu il də ölkənin rayon və şəhərlərində səyyar profilaktik tibbi müayinələr keçirir.
AzərTAc xəbər verir ki, mərkəzin Mobil Diaqnostika Kompleksi cari ildə ilk olaraq Sumqayıt Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həyətində yerləşdirilmişdir.
Burada 4 gün davam edəcək aksiyada Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimlinin rəhbərliyi ilə 17 nəfərdən ibarət təcrübəli həkim briqadası əhaliyə profilaktik yardım göstərəcəkdir.
Xərçəng xəstəliyinin profilaktikası və xərçəngyönlü xəstəlikləri vaxtında aşkarlamaq məqsədilə mammoqrafiya, rentgen, ultrasonoqrafiya, abdominal cərrah, baş və boyun cərrahı və laborator müayinələrdən keçir, aşkar olunan xəstələr qeydiyyata alınaraq ambulator və yaxud stasionar müalicəyə cəlb olunurlar.
Baş onkoloqun sözlərinə görə, aksiyanın əsas məqsəd əhalini tibbi maarifləndirməklə yanaşı, qadınlarda süd vəzi xəstəliklərini, şişlərin əlamətlərini və digər xəstəlikləri aşkarlamaqdır.

ankoloji merkez

Facebook Şərhləndirmə:

Şərhinizi yazın