Menu
Geri İrəli

Ölü arılardan alınan sağlamlıq cövhəri

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Aprel 2017 • Baxış sayı: 296 dəfə • Şərh yoxdur

Arı məhsullarının şəfaverici gücü hamıya məlumdur. Bal, arı mumu, propolis, arı südü kimi məhsullar bizi bir çox xəstəliklərdən qoruyur, sağlamlığımızı möhkəmləndirir.

sumqayitxeber.com-un  saglamolun.az-a istinadən verdiyi məlumata görə,  hətta öldükdən sonra bu möcüzəli kiçik zəhmətkeşlər insana şəfa gətirməyə davam edir. Yazda arı pətəkləri qış vaxtı ölən arılardan təmizlənir. Xalq təbabətində bu ölü arılardan müxtəlif xəstəlikləri və pozulmaları müalicə edən çox faydalı dəmləmələr, məlhəmlər və cövhərlər hazırlanır.

Ölü arılardan hazırlanmış dəmləmələr damarların elastikliyini artırır, damarları təmizləyir, xolesterolun səviyyəsini və arterial təzyiqi aşağı salır. Bu vasitələr qanı duruldur, damarlarda trombların əmələ gəlməsinin qarşısını alır, varikozun inkişafından qoruyur.

Həmçinin bu vasitə oynaq xəstəlikləri zamanı çox yaxşı iltihabəleyhinə təsir edir, ağrıları azaldır. Oynaq xəstəliklərinin müalicəsində ölü arılardan hazırlanmış məlhəmlər istifadə olunur. Məlhəmi hazırlamaq üçün toz halına salınmış ölü arılar vazelinlə qarışdırılır və ağrıyan nahiyəyə çəkilir.

Ölü arılardan hazırlanmış dəmləmələr və cövhərlər immun sisteminə olduqca müsbət təsir edir, həzm sistemini möhkəmləndirir, qaraciyər üçün olduqca faydalıdır. Dəmləməni hazırlamaq üçün 1 x.q. ölü arıların üzərinə 200 ml isti su tökülür, termosda 1 saat dəmlənilir, yaxşı süzülür və gündə 3 dəfə 1 x.q. olmaqla içilir. Hazır dəmləməni soyuducuda saxlayın.

Keçmişdə ölü arılardan hazırlanmış müalicə vasitələrinin köməyi ilə prostatit və cinsi zəifliyi də müalicə olunurdu.

Nəzərə almaq lazımdır ki, bala allergiyası olan insanlar bu vasitədən istifadə etməməlidir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın