Menu
Geri İrəli

Paxlanın faydaları – Xərçəng hüceyrələrini öldürür

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2017 • Baxış sayı: 133 dəfə • Şərh yoxdur
Share Button

788096Vitamin və zülal baxımından zəngin olan paxla insan orqanizmi üçün olduqca faydalıdır. Paxla tənəffüs yolu xəstəliklərinə, öskürəyə, sidik yollarını təmizləməyə, böyrəkdə olan problemlərə və həzmi asanlaşdırmağa kömək edir.

Məlumatlarda bildirilir ki, bu məhsulun yeni bir faydası ortaya çıxıb. Türkiyənin Ahi Evran Universitetində fəaliyyət göstərən Dos. Seher Yıldız, paxlanın xərçəng hüceyrələri kimi bildirilən xəstəliyin yayılmasına maneə törətdiyini ifadə edib. Onun sözlərindən aydın olur ki, paxlanın quruluşunda olan maddələr, həmin hüceyrələrin yayılmasını önləyir.

Lif, vitamin, mineral, dəmir, kalsium və zülal baxımından zəngin olan paxla tərkibində xolesterol olmadığından bir çox xəstəliklərə də faydalıdır.

Həmin xəstəliklərə ürək-damar xəstəliyi, ürək döyüntüsü, qaraciyər çatmazlığı, böyrək daşları kimi problemlər aiddir.

Dos. Seher Yıldız tədqiqatları əsas gətirərək bildirib ki, Portuqaliya, İspaniya kimi ölkələrdə paxla istifadəsi döş xərçəngi kimi bildirilən xəstəliklərin riskini 50 faiz azaldıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın