Menu
Geri İrəli

Qanvermə aksiyasında 284 virus daşıyıcısı aşkarlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Oktyabr 2015 • Baxış sayı: 444 dəfə • Şərh yoxdur

IMG_6307_152833017034 (1)

Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında toplanmış qanların müayinəsi başa çatıb.

Mərkəzi Qan Bankının müdir müavini Namirə Abbasova isə Movqe.az-a açıqlamasında deyib ki, sonuncu qanvermə aksiyasında 5 min 136 qan vahidi toplanılıb. 284 qan vahidi yararsız çıxdığından yararsızlaşdırılıb. N. Abbasovanın sözlərinə görə, bu toplanılan qanın 5, 5 faizi deməkdir. Direktor müavini bildirib ki, qanvermə aksiyasında yığılan qanlarda hepatitlər B, C, siflis və bir qan nümunəsində QİÇS virusu aşkarlanıb. N. Abbasova bildirib ki, qanvermə aksiyalarında toplanılan qanlarda viruslar erkən mərhələdə olsa belə üzə çıxarılır: “Mərkəzi Qan Bankında olan müasir labaratoriyada istifadə edilən avadanlıqlar hepatitlərin pəncərə dövrü olsa belə, həmin virusu qanda aşkarlayaraq üzə çıxardır. Xəstələr qanvermə aksiyalarında yığılaraq labarator müayinədən sonra onlara vurulan qanın təhlükəsizliyindən əmin ola bilərlər. Elə xəstələr var ki, onlar başqa klinikalada analiz verdikdə onların qanında hansısa virus aşkarlanmır. Mərkəzi Qan Bankında yoxlanıldıqda isə xəstəliyin ən erkən mərhələsi olsa belə virus varsa aşkarlanır. Odur ki, xəstələr qanvermə aksiyalarında yığılan qanların təhlükəsizliyinə tam əmin ola bilərlər”.

N. Abbasova sonuncu qanvermə aksiyasında yığılan qanlarda xəstəlik aşkarlanan şəxslərə bu barədə məlumat verildiyini də söyləyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın