Menu
Geri İrəli

QİÇS təhlükəli xəstəliklər siyahısından çıxarılır

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2016 • Baxış sayı: 303 dəfə • Şərh yoxdur

583274b714d15d30f4a4666f0c4af90120-ci əsrin vəbası hesab edilən QİÇS (Qazanılmış İmmunitetin Çatışmazlığı Sindromu) təhlükəli xəstəliklər siyahısından çıxarılır.

APA-nın xəbərinə görə, avstraliyalı elm xadimləri ölkədə bu xəstəliyin təhlükəli həddə olmadığını açıqlayıblar. ABC telekanalı bildirir ki, son zamanlarda QİÇS-ə yoluxan avstraliyalıların sayı yox deyiləcək qədər azdır. Alimlər hesab edirlər ki, artıq bu xəstəliyin nəzarətdə saxlanmasına ehtiyac yoxdur: “İnsanlar buna müalicəsi olan xəstəlik kimi baxırlar. QİÇS-ə yoluxanlar müalicə alırlar və xəstəlikdən xilas olurlar”.

Mütəxəssislər bildirirlər ki, hazırda QİÇS-ə səbəb olan HİV-lə mübarizə davam edir: “QİÇS əsasən, səbəbi müəyyən edilməmiş HİV-ə yoluxma zamanı ortaya çıxır. Bu xəstəliyin müalicəsi zamanı qəbul edilən dərman preparatlarının tərkibi və keyfiyyəti önəmlidir. HİV-ə yoluxan xəstələr bu dərmanlar sayəsində uzun ömür yaşayırlar və ölüm təhlükəsindən uzaq olurlar”.

Avstraliya QİÇS-lə Mübarizə Federasiyası hesab edir ki, xəstəliklə mübarizədə ölkələrin əməkdaşlığı vacibdir: “Avstraliyada görülən tədbirlər sayəsində müsbət nəticə əldə etmək mümkün olub”.

Qeyd edək ki, iyulun 18-22-də Cənubi Afrikada QİÇS-lə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın