Menu
Geri İrəli

Ruh sağlamlığınızı qidalarla qoruyun

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 268 dəfə • Şərh yoxdur

“Ruh sağlamlığınızı qidalarla qoruyun
Bəzən nə etsək də, neçə növ dərman qəbul etsək də, özümüzü yalnız, depressiyada, kefsiz hiss edirik. Bəzən də daha bir çox fərqli mənfi duyğu və problemlərlə mübarizə aparırıq.

“Qafqazinfo”nun məlumatına görə, bu problemlərin öhdəsindən yediyimiz qidaları müəyyənləşdirərək gəlmək mümükündür.

Depressiya: Depressiya ilə başa çıxmaq üçün cəfəri və berqamotu gündəlik istifadə etdiyiniz qidalar arasında arasında saxlayın.

Zehin qarışıqlığı: Baş ya da zehin qarışıqlığının bir nömrəli dərmanı nanə çeynəməkdir.

Həddindən artıq əsəb: Çox hirslənəndə özünüzə hakim ola bilmirsinizsə, təzə meyvə-tərəvəz, bol-bol çörək və makaron istehlak edin.

Kin: Çox kinli birisinizsə, davamlı və hər gün badam yeyin.

Ehtiras: Bu məsələdə özgüvəniniz yoxdursa, bol- bol şokolad yeməniz lazımdır. Çünki şokolad hər cür ehtirası hərəkətə keçirmək üçün ən təsirli vasitədir.

Aqressivlik: Qoz yemək aqressivliyi nəzarət altına alır.

Xəyal qırıqlığı: Olduqca çətin olan bu hisdən kök və kərəviz yeyərək xilas ola bilərsiniz.

Özünə inam: Daha çox özünə inamı sahib olmaq və daha pozitiv hiss etmək üçün sitrus bitkiləri həyatınızdan əskik etməyin.

Yalnızlıq hissi: Bu hisin qarşısını almaq üçün gül kələmi, yumurta, kartof, badımcan, pomidor və bibəri bol-bol yeyin.

Facebook Şərhləndirmə:

Şərhlər bağlıdır.