Menu
Geri İrəli

Rus alimlər ömrü uzatmaq üçün yeni dərman hazırlayıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2014 • Baxış sayı: 678 dəfə • Şərh yoxdur

dermanlarMoskva Fizikotexnika İnstitutu və Rogaçev adına Uşaq Gematologiya Mərkəzinin birlikdə hazırladığı yeni metod insan ömrünü ən azı iki dəfə uzadacaq. Son sınaq mərhələsindən keçməkdə olan yeni ixtiranın bu ilin payızında bütün dünyaya elan edilməsi gözlənilir.

“İlk əvvəl insanın gənc və yaşlı hüceyrələrindəki genlərini mügayisə etdik. Sağlam genlərin funksiyasını niyə itirdiklərinin səbəblərini müəyyənləşdirdikdən sonra bu prosesi ləngidən bəzi həblər hazırladıq. Ümumilikdə 10 həb hazırlamışıq. Bunları hər gün qəbul edən insanın ömrü 120-140 ilə gədər uzanacaq” – deyə Layihə əməkdaşı Andrey Garaja bildirir.

Andrey Garaja, hazırladıqları metodun insan ömrünü uzatmaqla yanaşı həm də üz qırışları, saç ve dişlərin tökülməsi kimi prosesləri də ləngidəcəyinə inanır.

Rus akademiklərin bu ixtirasının insanlar tərəfindən birmənalı qarşılanmayacağı aşkardır. Ancaq gec qocalmaq istəyənlərə təklif ediləcək olan həblərin nə qədər faydalı olacağı bilinməsə də ən azından zərərsiz olduğu deyilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın