Menu
Geri İrəli

Səhər bu qidaları yeməyin

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2017 • Baxış sayı: 81 dəfə • Şərh yoxdur
Share Button
Man Having BreakfastSəhər yeməyi ən vacib qida qəbuludur. Düzgün səhər yeməyi insanı gümrah edir, iş qabiliyyətini artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, maddələr mübadiləsi proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.
Lakin bunun üçün səhər yeməyi üçün qidalar düzgün seçilməlidir.
Medicina.az sağlamolun.az-a istinadən xəbər verir ki, səhər yeməyi üçün uyğun olmayan qidalar bunlardır:
1. Şirniyyatlar, un məmulatları – tort, pirojna, peçenye, bulka və s. Bu qidalar qanda şəkərin səviyyəsini kəskin qaldırır və sonra kəskin endirir ki, insan tez bir zamanda acır.
2. Təzə meyvə və tərəvəzlər. Tək meyvə və ya tərəvəz salatı səhər yeməyi üçün çox pis seçimdir. Acqarına yeyilmiş çiy meyvə və ya tərəvəzlər həzm sistemində müxtəlif pozulmalara səbəb ola bilər. Meyvələri sıyıqlara əlavə etmək olar.
3. Kolbasa və sosis. Bu qidalar ümumiyyətlə çox ziyanlıdır. Dünyada aparılmış araşdırmalar bu qidaların  kanserogen (xərçəng əmələ gətirən) təsirini təsdiq edib.
4. Hazır səhər yeməkləri. Dükanlarda satılan və “sağlam qida” kimi təqdim olunan hazır səhər yeməklərinin tərkibində müxtəlif kimyəvi əlavələr (aromatizatorlar, boyaq maddələri və s.) çoxdur. Həmçinin onlar çox şirindir.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın