Menu
Geri İrəli

Şəkər sağlamlığa ziyandır

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Fevral 2017 • Baxış sayı: 153 dəfə • Şərh yoxdur

Amerikalı alimlər bildiriblər ki, şəkərdən imtina etmək sağlamlıq durumunu yaxşılaşdırır. Onlar 100-dən çox könüllünün iştirakı ilə tədqiqat aparıblar.

AZƏRTAC “Mir24” saytına istinadla xəbər verir ki, əvvəlcə tədqiqat iştirakçıları tibbi müayinədən keçiblər. Sonra istənilən formada şəkər 9 gün ərzində onların rasionundan çıxarılıb.

Təcrübə başa çatandan sonra alimlər könüllüləri yenidən müayinə ediblər. Məlum olub ki, eksperiment iştirakçılarının təzyiqi sabitləşib, insulin və xolesterini azalıb.

Tədqiqatın nəticələrinə əsaslanan tədqiqatçılar sağlamlıq durumunu düzəltmək üçün şəkərin vaxtaşırı rasiondan çıxarılmasını məsləhət görüblər.

Şəkərdən asılılığı isə düzgün qidalanmaqla, daha çox zülal və sellüloz tərkibli qidalar yeməklə azaltmaq mümkündür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın