Menu
Geri İrəli

SOS: Qrip əleyhinə içdiyiniz “paraşok” ölümünüzə səbəb ola bilər!

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Fevral 2014 • Baxış sayı: 568 dəfə • Şərh yoxdur

qripÖtən ay bu pereparatlardan 13 nəfər zəhərlənib

 İşin-gücün qızğın vaxtı üşütmə və hərarət… Deyəsən, “qrip” gəlir. Özünüzdə və ya iş yoldaşınızda bu əlamətləri hiss edən zaman ağlınıza gələn ilk dərman nədir? Məncə, suya çalıb içdiyimiz toz dərmanlar. Apteklərə yaxınlaşıb bu əlamətləri desəniz, onlar da sizə bu “paraşok”ları məsləhət biləcəklər. Sınamaq üçün bir neçə aptekə baş çəkdim.

 Reklam olmasın deyə adlarını yazmıram, amma əczaxanaların çoxunda, demək olar ki, satıcının düz əlinin altına olan bu “paraşoklar”ın qiyməti 50 qəpiklə 1 manat arasında dəyişir. Doğurdanmı, toz dərmanlar tez bir zamanda “qripi” qaytarır.

 Mərkəzi Tibbi Klinikanın toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Ailem.az-a bildirib ki, toz dərmanlar yüngül formalı pereparatlar olduğundan tez bir anda öz təsirini göstərir. A.Maqsudovun sözlərinə görə, bəzi müsbət təsirləri olsa da, heç də hər zaman həmin dərmanların həkim məsləhəti olmadan işlədilməsi düzgün deyil: “Bəzən həkimə müraciət etməyən insanlar apteklərlə məsləhətləşib müəyyən dərmanları alıb işlədirlər. “Paraşok”larda belə dərmanlardandır. Apteklərdə qripə qarşı dərman istədikdə insanlara məsləhət görülür. Bu yüngül formalı preparat olduğu üçün qəbul edən kimi nəticə göstərir. Amma dərman nə qədər keyfiyyətli olsa da, onların əlavə təsirləri mövcuddur. Soyuqdəymə və qrip zamanı bədənin müqaviməti olmadığına görə dərmanlar allergik reaksiya verə bilər. Paraşokları qəbul etməzdən əvvəl yaxşı olardı ki, allergiyaların qarşısını almaq üçün “suprastin” və digər bu kimi dərman pereparatlarından istifadə edilsin”.

A.Maqsudov qeyd edib ki, ötən ay dərman zəhərlənmələri ilə bağlı şöbəyə edilən 52 müraciətdən 13-ü bu “paraşoklar”la bağlı olub. Onun sözlərinə görə, zəhərlənmələr zamanı əsasən, kəskin allergik reaksiyalar baş verib. Şöbə müdiri onu da deyib ki, qış aylarında dərman zəhərlənmələrinə daha çox səbəb olan digər pereparatlar antibiotiklər, polivitamin və vitamilərdir. Onlar adətən soyuqdəymə, qrip və hərarətə qarşı işlədilir.

 Tibb eksperti professor Adil Qeybulla isə bildirib ki, qripə qarşı işlədilən dərmanlar həb, kapsul, toz və digər formalarda olur. Onun sözlərinə görə, toz şəklində olan dərman pereparatları suya qarışdırılaraq işlədilən və daha tez təsir edən pereparatlardır. A.Qeybullanın sözlərinə görə, əgər bu dərmanlardan hansısa xoşagəlməz hallar baş veribsə, bu, onların heç də hamısının keyfiyyətsiz olması anlamına gəlməməlidir: “Istər toz, istərsə də digər formalarda olan dərman maddələri texniki standartlara uyğun hazırlanmalıdır. Əgər belə dərmanlar zəhərlənmələrə səbəb olubsa, deməli, onun hazırlanma qaydası, saxlanma müddəti, dozası və s. düzgün seçilməyib”. Həkim bildirib ki, zəhərlənmə halları həm də dərmanların rafinasiya qaydaları ilə bağlı da ola bilər. A.Qeybullanın sözlərinə görə, dərman maddələri təmizlənərkən onların tərkibində digər maddələrin qalması toksiki təsir göstərə bilər. Bu da dərman istehsalı zamanı buraxılan səhvlərə və texniki standartların gözlənilməməsinə görə olur: “Digər bir səbəb isə bu preparatların tərkibinə daxil olan dərman əlavələri ilə əlaqədər ola bilər. Bu əlavələr dərmanlara rəng, dad, struktur verir, dərmanların saxlanma müddətinə təsir edir və s. Bu maddələrin yüksək keyfiyyətli olması şərtdir”.

 A.Qeybulla onu da əlavə edib ki, dərmanların saxlanma şəraiti və yararlılıq müddətinə diqqət yetirilməlidir. Onun sözlərinə görə, bu qaydalara əməl edilmədikdə preparatlar zəhərlənmələrə səbəb olur. Sadə allergik reaksiyalardan tutmuş, ən ağır allergik vəziyyətə, anofilaktik şoka qədər orqanizmdə dəyişiklik yarada bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın