Menu
Geri İrəli

Stressli anlarda bu qidaları yeyin – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2016 • Baxış sayı: 992 dəfə • Şərh yoxdur

qida-strssGündəlik problemlər, gərginlik stressə səbəb olur. Özümüzü sakitləşdirmək üçün müxtəlif üsullara əl atırıq. Bu üsullardan biri də yeməkdir. Yeməklər özümüzü yaxşı hiss etməkdə, stress atmaqda kömək edir. Stressə faydalı olan qidaları təqdim edirik.

Səhər yeməyi çox önəmlidir. Tam taxıllı yarmalar, yulaf əzməsi kimi karbohidratlardan istifadə edin. Bu növ yeməklər qan şəkərinizi saxlayır və özünüzü sabit hiss etməyinizə kömək edir.

Tərkibi C vitamini ilə zəngin olan portağal immun sisteminizi gücləndirir, stress hormonlarınızın səviyyəsini azaldır. Qan təzyiqini normal hala salır.

İspanaq maqneziumla zəngindir və baş ağrısı, yorğunluq hallarını azaldır.

Stressinizi nəzarətdə saxlamaq üçün yağlı balıqlara üstünlük verin. Somon və ton balığında olan Omega-3 stress hormonlarının artmasının qarşısını alır, ürək xəstəliklərinə, depressiya hallarına qarşı özümüzü qorumağa yardım edir.

Özünüzü yaxşı hiss etmək istəyirsinizsə, ən az həftədə iki dəfə yağlı balıq yeyin.

Qara çay içməyiniz stressli hallardan daha tez qurtarmağınıza kömək edə bilər. Qəhvə, kofein stress hormonlarını artıraraq qan təzyiqini artırır.

Mütəxəssislər bildirir ki, fıstıq, fındıq və digər çərəzlər sağlam yağlar üçün mənbədir. Hər gün bir ovuc fıstıq yeyin. Qoz, badam kimi çərəzlər şəkər ehtimalını azaldır, xolesterolu aşağı salmağa kömək edir və stressin təsirini azaldır.

Yüksək qan təzyiqini azaltmaq üçün ən yaxşı yollardan biri kalium qəbuludur.  Yarım avokado və ya orta ölçülü banan kaliumla zəngindir.

Çiy tərəvəzlər mexaniki şəkildə stressi azaltmağa kömək edir. Kök yeyərkən çənə əzələləri işlədiyi üçün bu da gərginliyi azaldır. atv.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın