Menu
Geri İrəli

Sumqayıtda 14 nəfərdə sifilis və “SPİD” xəstəliyi aşkarlandı – RƏSMİ

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2017 • Baxış sayı: 445 dəfə • Şərh yoxdur
Share Button
qanSon 6 ay ərzində Sumqayıt şəhəri üzrə nikahdan öncə tibbi müayinə üçün müraciət edənlərin sayı bəlli olub.
Bu barədə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) PR və marketinq mütəxəssisi Səadət Hənifəyeva məlumat verib.
Onun sözlərinə görə, RMDM-ə son 6 ayda Sumqayıt şə4601 nəfər müraciət edib və onlardan 2291-i cütlükdür: “Sumqayıtdan müraciət edən 103 vətəndaşda problem aşkarlanıb ki, onların 89-da talessemiya daşıyıcılığı (bunlardan 3-ü cütlüklərdə aşkarlanıb), 10 nəfərdə sifilis (onlardan 2-si qadın), 4 nəfərdə isə QİÇS xəstəliyi (1-i qadın) olduğu müəyyən edilib. Müraciət edənlər arasında problemin aşkarlanmasına görə, qadınlara nisbətən kişilər üstünlük təşkil edir”.
Qeyd edək ki, 2015-ci il iyun ayının 1-dən etibarən ailə qurmaq istəyənlərə nikahlarını rəsmi şəkildə təsdiq etdirmək üçün tibbi müayinədən keçmək məcburidir.  xeberle.com
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın