Menu
Geri İrəli

Sumqayıtda 175316 nəfər tibbi müayinəyə cəlb olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2014 • Baxış sayı: 441 dəfə • Şərh yoxdur

Əhalinin sağlamlığının qorunmasına xüsusi önəm verən Prezidenti İlham Əliyevin tapşırığına əsasən Sumqayıt şəhərində də kütləvi tibbi müayinələr aparılır. Kampaniyanın gedişi şəhər icra hakimiyyətində keçirilən iclaslarda təhlil edilir, bu mühüm aksiyanın uğurla başa çatdırılması üçün əlavə tədbirlər görülür, əlaqədar təşkilatların rəhbərlərinə konkret tapşırıqlar verilir.
Şəhər səhiyyə şöbəsinin müdiri, tibb elmləri namizədi Ələkbər Tağıyev AzərTAc-a bildirmişdir ki, Sumqayıt ərazisində yerləşən bütün müəssisələrin, idarə və təşkilatların, orta və ali məktəblərin kollektivlərinin də aksiyadan yararlanması üçün tədbirlər həyata keçirilir. Səyyar həkim briqadaları tərəfindən ucqar yaşayış massivlərində müayinələrin keçirilməsi təşkil olunur, həmçinin xəstə vətəndaşlara evlərində xidmət göstərilir.
Ə.Tağıyevin verdiyi məlumata görə, bu günədək şəhərdə 175316 nəfər tibbi müayinədən keçmişdir. Onların 1063 nəfərinə stasionar, 23123 nəfərinə isə ambulator müalicə təyin edilmişdir. Ümumiyyətlə, aparılan tibbi müayinələr nəticəsində 21328 ilkin xəstəlik aşkar olunmuşdur. Ətrabə Rzayeva

tibbi muayine

Facebook Şərhləndirmə:

Şərhinizi yazın