Menu
Geri İrəli

Susuzluğu yatırmaq üçün istifadə edilən – Ən təhlükəli içkilər

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2017 • Baxış sayı: 570 dəfə • Şərh yoxdur
Share Button
1499688784_retAlimlər susuzluğu yatırmaq üçün istifadə edilən ən təhlükəli içkilərin adlarını açıqlayıb.
BakuPost.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər insanların susuzluğu yatırmaq üçün istifadə etdiyi bir çox içkilərin əslində çox ziyanlı olduqlarını aşkar edib. Onlar müəyyən ediblər ki, susuzluğun dəf edilməsində şirin qazlı sulardan istifadə etmək əslində düzgün seçim deyil.
“Çox miqdarda şəkər əlavə edilmiş qazlı sular, habelə paketlərdə qablaşdırılmış şirələr, südlü kokteyllər, pivə və energetik içkilər-bütün bunlar susuzluğun aradan qaldırılmasında istənilən effekti vermir, əksinə xeyrindən çox orqanizmə ziyan vurur. Şirin içkilərin tərkibinə qatılmış şəkər, habelə aromatizatorlar və dadgücləndirici əlavələr sağlamlıq üçün əhəmiyyət kəsb etmir. Ona görə yaxşı olar ki, susuzluğunuzu yatırmaq üçün adi təmiz sudan istifadə edəsiniz”-deyə mütəxəssislər bildiriblər.
Mütəxəssislərin rəyinə görə insanların susuzluqlarını yatırmaq üçün içməyə vərdiş etdikləri ziyanlı içkilər, yalnız müvəqqəti effekt verirlər. Bu içkiləri içdikdən bir qədər sonra onlar əslində yanqılığı şiddətləndirirlər.
“Pivə və digər alkoqollu içkilərə ümumiyyətlə yanqılığı yatıran içkilər kimi baxmaq düzgün deyil. Onlar əksinə daxili su ehtiyatının itirilməsinə səbəb olurlar”-tədqiqatçılar qeyd edirlər.
Adi sudan başqa, məsləhətdir ki, şəkərsiz soyuq çaydan istifadə edilsin. Bundan başqa ev şəraitində hazırlanmış yoqurtdan və kvasdan, habelə kompotlardan istifadə etmək olar. Ev şəraitində hazırlanmış limonadlar da susuzluğu yatırmaq üçün əla vasitədir.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın