Menu
Geri İrəli

Təcili tibbi yardım pullu olacaq – Diqqət

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 279 dəfə • Şərh yoxdur

tecili yardimTibbi xidmətin keyfiyyətini artırmaq məqsədilə fəaliyyət nəticələrinə uyğun olaraq, ilkin tibbi xidmət müəssisələrinə illik bonuslar ödənilməsi planlaşdırılır.

AzVision.az-ın xəbərinə görə, bu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin illik hesabatında öz əksini tapıb.

Qeyd olunub ki, ambulator və stasionar tibb müəssisələrinə hər bir xidmət üçün müəyyən edilən qiymətlərə uyğun olaraq ödənişlərin edilməsi, habelə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə hər xidmətə görə ödənişin həyata keçirilməsi nəzərdə tutulur.

Hesabatda qeyd olunub ki, epidemioloji-demoqrafik göstəricilər, tibbi xidmətlərdən istifadə tezliyi, tibbi xidmət növlərinin həyati vacibliyi, səhiyyə sisteminin mövcud maddi-texniki imkanları, tibbi xidmətlərin qiyməti və səfərbər ediləcək maliyyə resursları nəzərə alınmaqla baza (əsas xidmətlər) zərfi tərtib edilib. Tibbi xidmətlər zərfi sığorta olunanlar üçün ilkin səhiyyə xidmətləri, ambulator və stasionar tibbi xidmətlər, o cümlədən yüksək vəsait tələb edən bir sıra müalicə və cərrahi əməliyyatlar üzrə təminatları nəzərdə tutur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın