Menu
Geri İrəli

Ürəyinizi qorumaq üçün bunu edin

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Oktyabr 2014 • Baxış sayı: 1,306 dəfə • Şərh yoxdur

Xoşbəxtliyin həddi insan səhhətinə psixi sağlamlıqdan daha çox təsir göstərir. Xoşbəxtlik insanın ürək xəstəliklərinə yoluxmaq riskini azaldır.

 seher_oyanmaq
Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, Con Hopkins Universitetinin alimlərinin son araşdırmaları göstərir ki, həyat sevgisi olan insanlar daha az halda koronar xəstəliklərə yoluxur və nadir hallarda ürək çatışmazlığından vəfat edirlər.
Əldə olunan məlumatlar daha əvvəl aparılmış araşdırmalara əlavə olub. Bundan əvvəl aparılmış araşdırmalar depressiv və narahat fərdlərin ürək tutmalarına daha çox meylli olduqlarını, həmin xəstəliklərin çox vaxt ölümcül nəticə verdiyini aşkar etmişdi.
Tədqiqatçılar hesab edirlər ki, həyat sevgisi, sakitlik, enerjili olmaq, həyatdan zövq almaq kimi xoşbəxtlik hissləri ürək tutması riskini azaldır. Tədqiqatın rəhbəri Liza R. Yanek deyir ki, həyat sevgisi və optimizm insanı kardioloji problemlərdən qoruyur. Bununla belə, doktor Yanek xəbərdarlıq edir ki, belə pozitivlik insan temperamentinin anadangəlmə hissəsidir. Bunu insan öz arzusu ilə dəyişə bilməz.
Pozitiv həyatın ürək sağlamlığına necə təsir göstərdiyi elm üçün hələ də qaranlıq qalıb. Həyata keçirilmiş araşdırma bədənlə ruh arasındakı əlaqəyə də yeni baxış bucağı ortaya qoyur. Araşdırma zamanı alimlər 25 illik müddəti olan GeneSTAR layihəsinin məlumatlarından istifadə ediblər. Həmin layihə ürək xəstəliyinə tutulan insanların həyatı haqda bilgilər əldə edib. Alimlər layihədə iştirak etmiş 1483 nəfər ürək xəstəsinin yaxın qohumlarından da məlumatlar almışdılar.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın