Menu
Geri İrəli

“Uşaqlar arasında yayılan xəstəliyin mədə-bağırsaq infeksiyası olduğu ehtimal edilir”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2017 • Baxış sayı: 3,465 dəfə • 2 şərh

14970921163201630105_1000x669

Son üç gündə Sumqayıt şəhər Uşaq Xəstəxanasına mədə-bağırsaq pozuntusu əlamətləri ilə 119 uşaq müraciət edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsini icra edən İmran Abdullayev məlumat verib.

O bildirib ki, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır. Onların bir qismi ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda şəhər Uşaq Xəstəxanasında 54 uşağın müayinəsi davam edir. Yəqin ki, günün sonuna kimi onların da böyük əksəriyyəti evə buraxılacaq.

İ.Abdullayev, həmçinin qeyd edib ki, bütün uşaqlardan nümunələr götürülüb. Laboratoriyada nümunələrin nəticələri məlum olandan sonra dəqiq səbəblər açıqlanacaq.

Facebook Şərhləndirmə:

““Uşaqlar arasında yayılan xəstəliyin mədə-bağırsaq infeksiyası olduğu ehtimal edilir”” yazısına 2 cavab

  1. Elcin deyir:

    Bizim evde usaqda bu cur hal bas verir amma hekime muraciet etmirik ev seraitinde nese tedbir gormek olar?

  2. Samir deyir:

    infeksiyanin olmasinin elametleri necedir ?

Şərhinizi yazın