Menu
Geri İrəli

Uşaqları infeksiyadan qoruyun – YOLLARI

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyun 2017 • Baxış sayı: 859 dəfə • Şərh yoxdur
Share Button

infeksiyaUşaqların həftədə 2-3 dəfə çimməli olduğunu bildirən uşaq mütəxəssisləri onları infeksiyadan uzaq tutmağın 7 yolunu sadalayıb. Aile.lent.az həmin yolları təqdim edir.

Məktəb kimi qapalı yerlər infeksiyaların yayılma riskini artıraraq, uşaqların daha tez xəstələnməsinə səbəb olur. Məktəb çağında uşaqları infeksiyalardan qorumağın ən etibarlı yolu peyvəndlərdir. Peyvənd uşağın sağlamlığı baxımından olduqca önəmlidir. Bir çox infeksiyaya qarşı qoruyucu olan bu peyvəndlər mütləq vurulmalıdır.

Əlləri tez-tez yumaq

Əlləri yumaq, xüsusən ishal, qusma və tənəffüs yolu infeksiyalarının yayılmasını əngəlləyən təsirli və sadə bir üsuldur. Parkdan evə gəldikdən, ya da heyvanlarla təmas etdikdən sonra, yeməkdən əvvəl və sonra uşağın əllərini yuması vacibdir. Məktəb kimi yerlərin tualetlərində duru sabun, isti su və kağız dəsmal olmalıdır.

Tualet, kranlar və qapı tutacaqları təmiz olmalıdır

Oyuncaq, kompüter, telefon kimi uşaqların diqqətini çox çəkən əşyaların onlara verilmədən əvvəl silinməsi, dezinfeksiya edilməsi lazımdır. Mikrobların çox olduğu tualet, qapı tutacaqları, kranlar və hamamlar bakteriyalardan təmizlənməlidir.

Pambıq və iki nazik geyim geyindirin

Özəlliklə qış aylarında geyim seçimi çox vacibdir. Qalın geyimlər geyindirmək uşağın tərləyərək tez-tez xəstələnməsinə səbəb olur. Buna görə bir qalın geyim yerinə pambıq və dərinin hava almasını təmin edən iki nazik geyimlər geyindirin. Körpələrə isə mütləq papaq taxılmalıdır. Çünki baş bölgələrindəki istilik az olur.

Yataq, yastıq, yorğan təmizliyinə diqqət edin

Uşaqlar həftədə 2-3 dəfə çimizdirilməli, dırnaqları həftədə bir dəfə kəsilməlidir. Uşaqlara özəl şampun və kremlər istifadə edin. Kirləndiyi zaman alt paltarı və geyimlər dəyişdirilməli, yataq, yastıq, yorğan təmizliyinə diqqət edilməlidir. Yatmadan əvvəl dişləri fırçalamaq, əlləri, üzü və ayaqları yumaq lazımdır.

Uşaqlar dəsmal istifadə etməyi vərdiş etməlidir

İctimai yerlərdə asqırmaq, öskürmək xəstəliklərin yayılmasını asanlaşdırır. Buna görə asqırarkən ağzını dəsmal və ya əli ilə necə tutmalı olduqlarını onlara öyrədin.

Bayırdan yemək, içki almalarını əngəlləyin

Qidalanma uşağın sağlamlığı baxımından ən mühüm məsələlərdən biridir. Xəstəliyin bir çoxu bəslənmə yolu ilə başlayır. Məktəbə gedərkən çantasına sağlam qidalar qoyun. Meyvə-tərəvəzi yemədən əvvəl bol su ilə yumalı odluqlarını onlara öyrədin.

Yaralar əvvəlcə təmiz su və sabunla yuyulmalıdır

 

Evdə, küçədə oynayarkən yıxılıb yaralanan uşaqların yaraları əvvəlcə təmiz su və sabunla yuyulmalıdır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın