Menu
Geri İrəli

XƏBƏRDARLIQ: Azərbaycanda infarktlar artacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Yanvar 2015 • Baxış sayı: 541 dəfə • Şərh yoxdur

tecili-yardim-021Profilaktik tədbirlər görülməlidir

“Hava şəraiti (fəsil dəyişiklikləri) ilə əlaqədar əksər ölkələrdə, o cümlədən Azərbaycanda, eləcə də Bakıda oktyabr-noyabr, mart-aprel aylarında infarkt, insult kimi xəstəliklər iyula-avqust, dekabr-yanvar aylarına nisbətən çox olur. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin tibbi profilaktika kafedrasının müdiri, professor Aydın Məmmədov bildirib. Kafedra müdirinin sözlərinə görə, hər kəs yanvarda havanın soyuq, iyulda isə isti olmasını bilir. “Yəni orqanizm fəsillərə uyğun özünü tənzimləyə bilir. Lakin oktyabr-noyabr, mart-aprel aylarında isə hava şəraiti tez-tez dəyişir. Ona görə də qeyd etdiyim aylarda infakt xəstəliklərinə daha çox rast gəlinir”.

Professor bildirib ki, buna görə, profilaktik tədbirlər görülməlidir: “Meteo-həssas insanlar, yaşlı şəxslər, xroniki xəstəlikləri olanlar adi hava dəyişkənliyinə dözə bilmirlər. Yəni hava dəyişmələri bu cür insanlarda xəstəliklərin artmasına səbəb olur. Həmin şəxslər hava dəyişkənliyi dövründə dərman qəbul etməli, açıq hava şəraitinə çox çıxmamalı və riskli işlər görməməlidir”.

A.Məmmədov vurğulayıb ki, bu ilin mart-aprel, oktyabr-noyabr aylarında Azərbaycanda infarkt, insult xəstəliklərinin sayında artım olması istisna edilmir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın