Menu
Geri İrəli

Xərçəngin qarşısını alan, bədəni təmizləyən tərəvəz: şirəsini için

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Aprel 2016 • Baxış sayı: 761 dəfə • Şərh yoxdur

gul kelemiİnsanların çoxu ağ kələmin faydalarından məlumatsızdır. Təkcə bir faktı qeyd edək ki, qadınların ən böyük kabusu olan sellülit kələmlə üç həftəyə sona çatır. Bundan başqa, ağ kələm yay aylarında gümrah olmaq istəyənlərə eyni çəkidə qalmağı təmin edir. Bir sözlə, arıqlatma və selülitleri yox etmə xüsusiyyəti olan ağ kələm, eyni zamanda antioksidan olduğundan bağırsaq xərçənginin qarşısını alma gücünə malikdir.

Aile.lent.az türkiyənin məşhur həkimi, uzman İbrahim Adnan Saraçoğlunun ağ kələmin faydaları haqqında fikirlərini təqdim edir. Həkim bildirir ki, ağ kələmin ən yaxşı xüsusiyyətlərindən biri qan şəkərini aşağı salma və balanslaşdırma xüsusiyyətinə malik olmasıdır. Kələmin digər faydaları:

  • Qan dövranını nizamlayır, hormonları tarazlayır
  • İnfeksiyalara qarşı bədənə müqavimət qazandırır
  • Toksinlərdən təmizləyir
  • Xərçəng xəstələrində kimyaterapiyadan sonra möhkəmlənmə və bərpa təmin edir
  • Bağırsaq mukozasını təmizləyir
  • Dəriyə təravət və gözəllik verir
  • Sütun xərçənginin qarşısını alır

Ağ kələm tərkibindəki U vitaminiylə güclü bir antioksidandır. Hormonal pozuntulara kələm şirəsi çox yaxşı təsir edir: “Ağ kələm “aquaretik” bitkidir. Yəni bitkilər ümumiyyətlə, diüretik olduqlarından həm su, həm duzdan xilas edir. Ağ kələm duz tarazlığını pozmadan yalnız suyu təmizləyir. Bu da verilən çəkinin qalıcı olmasına kömək edir. Menopauza və menstruasiya dövrlərində dəyişən hormonlara qarşı ağ kələm şirəsi mükəmməl bir içkidir”.

Xərçəngin yaranmasının qarşısını alır

Aparılan araşdırmlar sübut edib ki, ağ kələm yemək xərçəngin yaranmasının qarşısını alır. Lobyada olan maddələrin böyük bir qismi ağ kələmdə də var. Bu da estrogen hormonunu zərərsiz hormona çevirir və döş xərçənginə qarşı qoruma xüsusiyyəti yaradır: “Bir çox xərçəng xəstəsi əməliyyatsız və ya əməliyyatdan sonra kimyaterapiya və ya hormon müalicəsi etdirir. Xüsusilə kimyaterapiydan sonra xəstələr özlərini yorğun və halsız hiss edir. Bir çoxunda qan dövranı pozuntusu şikayətləri də olur. Kimyaterapiyadan sonra içilən ağ kələm şirəsi bədəni təmizləyir, yaranan toksinlərin bədəndən atılmasında mükəmməl içkidir”.

Kələm şirəsinin hazırlanma qaydası:

Qaynamaqda olan yarım litr suda 5-6 ədəd ağ kələm yarpağını doğramadan, 10 dəqiqə ağzı bağlı şəkildə yüngül odda qaynadın. Səhər və axşam gündə 2 dəfə ac və ya tox qarnına bir stəkan için. Bunu 5 gün ərzində və hər dəfə yenidən hazırlayaraq için. 3 gün ara verin, yenidən 5 günlük müalicəni təkrar edin. Bir il ərzində 4 dəfə edilməsi tövsiyə olunur. Müalicəyə başladığınız ilk 2-3 gündə bədəninizin tərlədiyini və xüsusilə dərinizin yağlandığını hiss edəcəksiniz. Narahat olmayın, bu yağ toksinlərindən xilas olmağınızın göstəricisidir. Yaxşı olar ki, tez-tez duş alasınız. Toksindən nə qədər çox azad olsanız, bədəniniz o qədər çox özünü yeniləyər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın