Menu
Geri İrəli

Yarım litr suya bir ovuc nar qabığı töküb qaynatsanız… – ŞƏFAVERİCİ TƏSİRLƏRİ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2017 • Baxış sayı: 126 dəfə • Şərh yoxdur
Share Button

nar_0c595fa4_1566_492a_801e_5752cd04f100_1_c267e8e33fe9547312501dc44607feabNar payızda yetişən və sağlamlığımıza olduqca faydalı olan bir meyvə növüdür. Narın özündən çəyirdəyinə, hətta qabığına qədər sağlamlığımıza bir çox sahədə faydası var. Milli.Az ailem.az-a istinadən bu mükəmməl meyvənin saymaqla qurtarmayan faydaları barədə məlumat verir.

Hemoroid müalicəsində istifadə edilir

Cəmiyyətdə ən çox yayılmış sağlamlıq problemlərindən biri də hemoroiddir. Bu xəstəlik gündəlik həyatda insanları çox narahat edir. Yarım litr suya bir ovuc atılaraq saxlanan nar qabığı suyunun bu xəstəliyə şəfa olduğu bildirilir.

Həzm sisteminə faydası var

Gündə bir ədəd mövsümündə yeyilən nar həzm sistemi xəstəliklərinə kömək edir.

Yanıqlarda müalicə məqsədi ilə istifadə olunur

Nar qabığı püresinin yanıqlar üzərində müalicəvi təsiri var. Qabığı döyülərək yaranın üzərinə qoyularsa, sağalma müddətini sürətləndirər. Yara üzərində olan mikrobları yox edir.

Xərçəng xəstəliklərindən qoruyur

Aparılan araşdırmalar nəticəsində narın xərçəng hüceyrələrinin yayılma sürətini azaltdığı ortaya çıxıb. Eyni zamanda xərçəng hüceyrələrinə öldürücü təsir göstərmə xüsusiyyətinin də olduğu bilinməkdədir.

Qandakı mikrobları təmizləyir

Narın tərkibində olan antioksidantların qan təmizləyici təsiri var.

Pnevmoniyanı sağaldır

Narin faydaları arasında pnevmoniyanı da müalicə edici təsiri olduğu söylənir. Nar immuniteti sürətli bir şəkildə gücləndirdiyindən pnevmoniya olan xəstələrə də məsləhət görülür.

Ürəkgetmələrə qarşı nar suyu

Narın təzyiqi normallaşdırıcı təsiri var. Bundan başqa ürəyi gedən şəxsə içirilən nar suyunun ayıldıcı təsiri olduğu bilinir.

Nar çiçəyinin də sağlamlığa inanılmaz müsbət təsirləri mövcuddur.

- İshalın qarşısını alır və müalicə edici özəlliyi var.

- Nar çiçəyinin dəri üzərində də bir çox təsiri mövcuddur. Nar çiçəyi ölü hüceyrələrin təzələnməsini və canlanmasına şərait yaradır.

- Qrip və öskürək kimi infeksion xəstəliklərdə nar çiçəyinin nəfəs açıcı təsiri olduğu bilinir.

- Nar çiçəyi suyunun bağırsaq qurdlarına öldürücü təsiri var.

- Bu suyla qarqara etmək ağız və diş əti xəstəliklərinə qarşı qoruma yaradır.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın