Menu
Geri İrəli

Zərərli olduğunu düşündüyünüz – 5 faydalı qida

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyul 2017 • Baxış sayı: 652 dəfə • Şərh yoxdur

750082Zərərli olduğunu düşündüyümüz, ancaq sağlamlığa faydalı bir çox qida var.

Metbuat.az xəbər verir ki, belə qidalardan biri partladılmış qarğıdalıdır. Qarğıdalı tam taxıl və liflə zəngin qidadır. Buxarda partladılmış sadə və təbii qarğıdalının bir stəkanı sadəcə 30 kaloridir. Sadə yeməyi sevməyənlər isə dəniz duzu əlavə edə bilər.

Konservləşdirilmiş ton balığı

Təzə və konservləşdirilmiş ton balığı təxminən eyni miqdarda proteinlə zəngindir. Belə ki, konservin 85 qramında 16 qram, təzə ton balığının 85 qramında isə 20 qram protein var. Ton balığı dərini və saçları qoruyan omega-3 yağ turşuları ilə zəngindir.

Banan

Bir ədəd bananda təxminən 14 qram şəkər və 110 qram kalori var. Bananın tərkibində olan yüksək miqdarda kalium təzyiqi aşağı salır. Eyni zamanda antioksidant və C vitamini ilə zəngin olan banan xərçəng riskini azaldır.

Şokolad

Şokolad düzgün istifadə edildiyi zaman stressi yox edən kortizon hormonu ifraz edir. Şokolad həmçinin qan təzyiqi, xolestrolu tarazlayır və beyni daha sürətlə işlədir.

Konservləşdirilmiş lobya

Konservlər quru paxlalılara görə daha çox natriumla zəngin olsa da, qida dəyərləri ümumi olaraq eynidir. Hər iki qidanın tərkibində 14 qram protein və 12 qram lif var.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın