Sahibkarların kreditləri ilə bağlı təkliflər hazırlanır – Yeni güzəştlər

819

“Ümumiyətlə, problemli kreditlərlə bağlı təkliflər var. Bizim də təkliflərimiz var. Amma əsas məqsəd hüquqi şəxslərlə əlaqədardır. Çünki Azərbaycanda iki devalvasiyadan sonra hüquqi şəxslər, sahibkarlar da çox böyük əziyyət çəkiblər”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında parlamentin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib. Onun sözlərinə görə, sahibkarların hüquqlarının müəyyən qədər bərpası üçün göstərişlər var:

“Hətta aldığım məlumata görə, cənab prezidentin göstərişi var. Maliyyə qurumları bu işlə əlaqədar müəyyən təkliflər hazırlayırlar. Nə vaxt prezidentə təqdim olunacaq, baxılacaq onu deyə bilmərəm. Özümüzün də müəyyən təkliflərimiz var. Təklifləri hazırlamışıq, yəqin ki, bu yaxınlarda təqdim edəcəyik. Bu təkliflərə baxılmasının tərəfdarıyıq. Doğrudur, 10 min dollara qədər fiziki şəxslərlə əlaqədar kreditlərə güzəştlər edildi. Amma sahibkarlar da çox böyük ziyana düşüblər”.

V.Əhmədov hansı güzəştlərin nəzərdə tutulduğunu qabaqcadan demək istəmədiyini bildirib: “Çünki təkliflər müxtəlifdir, müəyyən variantlar var. Hansı qəbul olunacaq, o artıq prezidentin səlahiyyətində olan bir şeydir.

Əsasən, hüquqi şəxslərlə əlaqədardır. Bizi narahat edən odur. Azərbaycanda sahibkarlığın inkişafına təkan vermək üçün ziyana düşmüş hüquqi şəxslərin müəyyən yardıma ehtiyacları var.

10 min dollara qədər kreditlərə görə kompensasiyaların verilməsi qurtarsın, görək nəticəsi necə olacaq. Buna baxmaq lazımdır. Ondan sonra bu məsələyə diqqət yetiriləcək”.

V. Əhmədov 10 min dollardan çox krediti olanlarla bağlı petisiyanın yaradılmasının təsirindən də danışıb: “Hər şeyin bu məsələlərə təsiri ola bilər, həmçinin petisiyanın da. Mən belə hesab edirəm ki, petisiya da müəyyən qədər təsir göstərə bilər. Bu məsələlərə çoxdan baxılır. Biz Milli Məclisdə nə qədər bu problemlərə toxunmuşuq. Təkliflərimiz olub, müəyyən hissəsi qəbul olunub. Hesab edirəm ki, bu proses davam edir. Yəqin ki, müəyyən variantlar üzərində iş gedir. Onlara baxılacaq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər