Şahmat Məktəbinin açılış mərasimi keçirilib

875

shahmat mektebiachilishBu gün Sumqayıt şəhər 3 saylı Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. Açılış mərasimində Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib. Mərasimdə çıxış edən V.Əliyev 2003-cü ildən etibarən Sumqayıtda bir sıra sosial obyektlərdə aparılan müasir üslubda əsaslı təmir və yenidənqurma işlərindən danışıb. Uşaq-Gənclər İdman Şahmat-Dama Məktəbinin fəaliyyətindən danışan şəhər rəhbəri məktəbin kollektivinə gələcək işlərində uğurlar arzulayıb. Rəmzi qırmızı lent kəsildikdən sonra binaya baxış keçirilib. Mərasim iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar. Xatırladaq ki, 1981-ci ildə yaradılan şəhər Şahmat Məktəbində hazırda 41 qrup fəaliyyət göstərir. Bu qruplarda 21 məşqçinin rəhbərliyi altında 508 nəfər uşaq, yeniyetmə, gənc şahmat və dama ilə məşğul olur. Məktəb ötən il Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Respublikada ilin ən yaxşı şahmat məktəbi” üzrə şəhərlərarası müsabiqədə birinci yerə layiq görülüb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

renat üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər