Saray qəsəbəsində ağır yol qəzası: avtomobil yoldan çıxıb, işıq dirəklərini aşırıb

2077

Abşeronda yoldan çıxan avtomobil işıq dirəklərini aşırıb. Hadisə rayonun Saray qəsəbəsində baş verib.

Qəsəbənin T.Alverdiyev küçəsindən keçən yolda hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yoldan çıxarıb.

Nəticədə yol kənarında olan bir neçə işıq dirəyini və yol nişanlarını aşırıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb, nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Xəsarət almış sürücüyə tibbi yardım göstərilib. Qəzaya görə yolda qısa müddətli tıxac yaranıb. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

(Apa.az)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər