Sauna kişilərə mənfi təsir göstərir-XƏBƏRDARLIQ

1545

Sauna qan dövranı üçün faydalı olsa da, sprema sayına mənfi təsir göstərirmiş. Bu, bir araşdırma nəticəsində ortaya çıxıb. Davamlı olaraq saunaya gedən kişilərdə sperma sayının azalması müşahidə edilib.

lent.az bildirir ki, araşdırmaçılar sperma sayı normal olan və son 1 il ərzində saunaya getməmiş kişilər üzərində araşdırma aparıb. İştirakçılar həftədə 2 dəfə olmaqla 3 ay müddətində saunaya gediblər. 3 ay sonra saunaya gedən kişilərdə sperma sayında azalma müşahidə edilib. Həmin kişilər saunaya getməyi tərgitsələr belə, 3 aydan sonra sperma sayında yenə azlıq müşahidə edilib. Yalnız 6 aydan sonra sperma sayı normallaşıb.

Araşdırma nəticəsində mütəxəssislər məhz istiliyin sperma sayına mənfi təsir göstərdiyi qərarına gəliblər. Belə ki, həddən artıq istiliyə məruz qalan zaman xayalar sperma ifrazını normal həyata keçirə bilmir.
Eyni zamanda noutbuk, dar alt paltarı və isti su vannası da sperma sayına mənfi təsir göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər