SDU “Azərbaycanın dövlətçilik tarixi” mövzusunda konfransa evsahibliyi etdi

690

 Sumqayıt Dövlət Universitetində bu ali təhsil ocağının yaranmasının 50 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri mayın 24 və 25-də “Azərbaycanın dövlətçilik tarixi” mövzusunda keçirilmiş Respublika Elmi Konfransı olub.

İki günlük konfransda ölkənin digər ali təhsil ocaqlarının müəllim və professorları, eləcə AMEA-nın alim və əməkdaşları iştirak ediblər.

Tədbiri universitetin rektoru, professor N.F.Qəhrəmanov açaraq konfransın əhəmiyyətindən danışıb, müstəqil Azərbaycanın keçdiyi qısa və şərəfli yola nəzər salıb, dahi lider Heydər Əliyevin xalqımız və dövlətimizin gələcəyi üçün gördüyü işlərdən bəhs edib.

Daha sonra plenar iclasda məruzələr dinlənilib. AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU)  kafedra müdiri Ə.Vəliyev “Azərbaycanın qədim dövlətçilik mədəniyyəti”, SDU-nun Tarix fakültəsinin dekanı, professor A.Baxşaliyev “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, ADPU-nun tarix fakültəsinin dekanı, SDU-nun kafedra müdiri professor Ş.Səlimov “ABŞ-Azərbaycan münasibətləri” mövzularında çıxış ediblər.

Növbəti gün – mayın 25-də isə konfrans öz işini bölmə iclasları ilə davam etdirib. Ümumilikdə konfransda 80 məruzə dinlənilib. Konfransın işinə SDU-nun elmi işlər üzrə prorektoru, professor Y.Hüseynov yekun vurub.

Xatırladaq ki, bu cari ildə SDU-da keçirilən ilk belə konfrans deyil. Belə ki, universitetdə aprelin 26-27-də magistrantların XII Respublika Elmi Konfransı, aprelin 30-da isə “Filologiyanın aktual problemləri: axtarışlar və perspektivlər” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdi

 

Qeyd edək ki, 1962-ci ildə Azərbaycan Neft Kimya İnstitutunun filialı kimi fəaliyyətə başlamış bu ali məktəb 1992-ci ildən Azərbaycan Sənaye İnstitutuna çevrilib. 2002-ci ildən isə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə AzSİ-nin bazasında Sumqayıt Dövlət Universiteti yaradılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər