SDU-da “Akademik məqsədlər üçün ingilis dili” təliminin iştirakçılarına sertfikatlar təqdim olunub

921
“Akademik məqsədlər üçün ingilis dili” təlimi iştirakçılarına sertifikatlarının təqdim olunma mərasimi keçirildi
Fevralın 16-da ABŞ-ın Azərbaycandakı Səfirliyinin Elm, mədəniyyət və təhsil sahəsində həyata keçirdiyi proqramlar çərçivəsində “Akademik məqsədlər üçün ingilis dili” təliminin 1-ci mərhələsini uğurla başa çatdırmış iştirakçılara sertifikatlarının təqdim olunması mərasimi keçirildi.
Tədbiri Beynəlxalq əlaqələr üzrə prorektor dos. Qafar Atayev açaraq iştirakçıları salamladı, başa çatan təlimin əhəmiyyətindən danışdı və ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə SDU arasında olan əməkdaşlığı yüksək qiymətləndirdi.
Görüşdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndələri Mədəniyyət məsələləri üzrə müşaviri Richard Pinkham, İctimaiyyətlə əlaqələr departamentinin təhsil mütəxəssisi Ramina Mürşüdova, Virtual İngilis dili proqramının meneceri Sabina Abdullayeva iştirak edirdilər. Qafar Atayev qonaqları universitetimizdə görməkdən məmnunluğunu bildirdi, hörmətli rektorumuz prof.Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına çatdırdı, yaratdığı şəraitə görə bizimdə salamlarımızı və təşəkkürümüzü ABŞ-ın Azərbaycandakı səfiri cənab Le Litsenbergerə çatdırmalarını xahiş etdi.
Daha sonra Riçard Pinkham çıxış edərək, SDU-nun təhsilin beynəlmiləlləşməsi istiqamətində ABŞ Səfirliyinin təklif etdiyi əməkdaşlıq imkanlarından bəhrələnməyini müsbət hal kimi dəyərləndirdi.
Mətbuatda bildirilmiş məlumatlardan da bildiyiniz kimi, oktyabrın 18-dən SDU-nun Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin təşəbbüsü ilə universitetin ingilis dili müəllimlərini beynəlxalq səviyyədə tətbiq edilən yeni tədris metodları ilə tanış etmək və dil bacarıqlarının akademik səviyyədə istifadəsini inkişaf etdirmək məqsədilə ABŞ-ın Azərbaycandakı Səfirliyi “Akademik məqsədlər üçün ingilis dili” adlı 11 həftəlik təlimlərə start vermişdi. Təlimlərin yekununda onlayn şəkildə keçirilmiş imtahan nəticəsinə görə birinci yerə Eminova Aysel, ikinci yerə Günel Vəliyeva və üçüncü yerə Lamiyə Heydərova layiq görülmüşdür. Ümumilikdə təlimlərdə aktiv iştirak edərək yüksək müvəffəqiyət göstəricisi əldə etmiş 20 nəfər iştirakçıya Richard Pinkham tərəfindən ABŞ Səfirliyinin sertifikatları təqdim edildi.
Cari ilin fevral ayından SDU-nun əməkdaşları üçün ABŞ-ın Azərbaycandakı Səfirliyi təlimlərin növbəti mərhələsinə start verəcəkdir.
Ramina Mürşüdova, Sabina Abdullayeva, filologiya fakültəsinin Xarici dillər kafedrasının müdiri prof. Nigar İsgəndərova və digər iştirakçılar ürək sözlərini bildirərək ABŞ-ın Azərbaycandakı Səfirliyi ilə SDU arasında mütəmadi əməkdaşlıqların əhəmiyyətini qeyd etdilər.
Sonda dos. Qafar Atayev gələcəkdə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğumuzu qeyd edərək tədbirə yekun vurdu.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər