SDU-da beynəlxalq konfrans keçirildi

894

Sumqayıt Dövlət Universitetində (SDU) bu ali məktəbin yaranmasının 50 illik yubileyi ilə bağlı keçirilən silsilə tədbirlər davam edir. Iyunun 27 və 28-də keçirilən “Ekologiya və həyat fəaliyyətinin mühafizəsi” VII Beynəlxalq Konfransı da bu qəbildən idi.

Konfransı giriş sözü ilə açan SDU-nun rektoru, professor Nadir Qəhrəmanov konfrans barədə iştirakçılara məlumat verdi, onun əhəmiyyəti barədə danışdı. Konfransda dünyanın bir çox ölkələrindən daxil olmuş məruzələr dinləniləcəyini diqqətə çatdıran rektror bildirdi ki, universitetdə bu mövzuda 2000-ci ildən beynəlxalq konfranslar keçirilir.

Daha sonra AMEA-nın Radiasiya Problemləri İnstitunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov çıxış etdi. A.Qəribov bu gün SDU-nun Azərbaycan iqtisadiyyatı, sənayesinin inkişafındakı rolundan danışdı. Konfransın əhəmiyyətini qeyd edən direktor konfrans materiallarının ölkəmizdə müvafiq sahənin inkişafına təkan verəcəyinə inamını ifadə etdi. “Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi problemləri” mövzusunda çıxış edən professor A.Qəribov regional miqyasda bu problemə toxunaraq Ermənistanın “Metsamor” atom stansiyasının region üçün ciddi təhlükə törətdiyini diqqətə çatdırdı.

Daha sonra konfransda beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti, professor Fəqan Əliyevin “Azərbaycanda bərpa olunan enerji mənbələrinin ehtiyatları və ekoloji qiymətləndirmə metodları”, Sumqayıt Ekoloji Reablitasiya Mərkəzinin direktoru Arif İslamzadənin “Ekoloji informasiyanın tətbiqi və geoinformasiya sisteminin tətbiqi”, Bakı Dövlət Universitetinin müəllimi, professor Rövşən Xəlilovun “Maqnit nanohissəciklərin biogen yolla formalaşması və tibdə istifadəsi perspektivləri” mövzularında çıxışları dinlənildi.

Konfrans öz işini iyunun 28-də bölmə iclaslarında davam etdirdi, bölmə rəhbərlərinin hesabatı dinlənildi, dünya və ölkə ekologiyası ilə bağlı təkliflər nəzərdən keçirildi. Konfransın işinə SDU-nun elmi işlər üzrə prorektoru professor Yadigar Hüseynov yekun vurdu.

 

Sumqayıt Dövlət Universitetinin mətbuat xidməti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər