SDU-da mart soyqırımı qurbanları anıldı

560

Dünən Sumqayıt Dövlət Universitetində 31 Mart soyqırımı ilə bağlı anım tədbiri keçirildi. Tədbirdə çıxış edən universitetin rektoru, professor Nadir Qəhrəmanov bildirdi ki, 1918-ci ilin mart ayının sonlarından başlanan və aprelin 3-nə qədər davam edən qırğınlar azərbaycanlılara qarşı əsrlər boyu aparılan etnik təmizləmə və soyqırım siyasətinin məntiqi davamı idi. “Soyqırım siyasətini həyata keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə malik olmayan ermənilər “Böyük Ermənistan” dövlətini yaratmaq üçün Çar Rusiyasının imperiya siyasətindən alət kimi istifadə etmişdilər” – deyə rektor bildirdi.

Daha sonra çıxış edən Filologiya fakültəsinin dekanı, professor Aslan Bayramov qeyd etdi ki, XIX əsrdən etibarən Azərbaycanın bölünməsi, eyni zamanda ermənilərin Azərbaycana aid torpaqlarda yerləşdirilməsinə başlanılıb: “1908-ci ildə Cənubi Qafqaza köçürülən ermənilərin sayı 1 milyona çatmışdı. Həm bu, həm də azərbaycanlılara qarşı törədilən qırğınlar məhz Böyük Ermənistan yaratmaq planının bir hissəsi idi”.

A.Bayramov bildirdi ki, bu hadisələr hüquqi qiymətini yalnız dahi lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra almışdır.

 

Sumqayıt Dövlət Universitetinin Mətbuat Xidməti

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər