Səbailin yeni başçısı kimdir?

1200

Prezident İlham Əliyevin sərəncamı ilə Səbail rayonuna icra başçısı təyin olunan Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsində işləyib.

Yeni başçı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.

Müxtəlif dövrlər ərzində o, özəl şirkətdə hüquqşünas, AMEA-nın “Akademiya” və Azərbaycan Diplomatiya Akademiyasının Kitab Mərkəzində direktor vəzifəsində çalışıb.

V.Zeynalov daha sonra Nizami Kino Mərkəzinin direktoru olub.

2015-ci ilin 28 dekabr tarixindən bu günə qədər isə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

Ailəlidir, bir övladı var.

Qafqazinfo.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər