“Sədərək”də 900-1000 kv/m ərazi yanıb – Video

785

“Sədərək Ticarət Mərkəzinin yanan sahəsi təqribən 900-1000 kv/m-dir”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, yanğın barədə məlumat saat 07:39-da daxil olub: “Təqribən bir saat müddətində yanğının qarşısı alınıb. Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 23 texnika və 125 nəfər şəxsi heyət cəlb olunub. Eyni zamanda FHN-in çevik xilasetmə dəstəsinin 90 nəfər şəxsi heyəti və ərazi üzrə DİN əməkdaşları da yanğının söndürülməsində iştirak edib.

Yanğının söndürülməsi zamanı həm yanğın bölmələrinin əməkdaşları arasında, həm də digər şəxslər arasında xəsarət alan olmayıb. Hazırda ərazidə təhqiqat qrupu tərəfindən yanğının başvermə səbəbləri haqda araşdırma aparılır”.

Əkbər Novruzov əlavə edib ki, ticarət mərkəzində yanğın təhlükəsizliyinə uyğun olaraq su hovuzu olduğu üçün yanğın daha qısa müddətə və həcmi daha da böyümədən söndürülüb. Yanğının söndürülməsi zamanı həmin hovuzdan istifadə edilib.

Murad Əhməd

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər