Səfir Samsun şəhərində Sumqayıtdan danışdı – FOTOLAR

368

Türkiyənin Samsun şəhərində yerləşən On Doqquz May Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans keçirilib.

Konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.

Sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, On Doqquz May Universitetinin rektoru Sait Bilgiç çıxış ediblər.

Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi şərəfli yol, süqutunun səbəbləri, o cümlədən XX əsrin sonunda dövlət müstəqilliyinin bərpası və Türkiyə ilə yaranan yeni əlaqələrin inkişaf dinamikası barədə danışılıb. Azərbaycan ilə Türkiyə arasındakı tarixi qardaşlıq münasibətlərinin müasir dövrdəki vəziyyəti, o cümlədən birgə həyata keçirilən iqtisadi layihələr, qarşılıqlı sərmayə yatırma siyasəti yüksək dəyərləndirilib.

Xəzər İbrahim Samsun şəhərinin rəsmi şəxsləri ilə görüşlər keçirib. Görüşlərdə vurğulanıb ki, Sumqayıt və Samsunun qardaşlaşması iki şəhər arasında bütün sahələr üzrə əlaqələrin daha da genişlənməsi üçün böyük imkanlar yaradır. Səfir Sumqayıt şəhərinin sənaye imkanları, o cümlədən son illər istifadəyə verilən yeni zavod və fabriklər barədə geniş məlumat verib.

Konfransda və görüşlərdə səfirliyin təhsil üzrə müşaviri Nəcibə Nəsibova da iştirak edib. AzerTac

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər