Şəhərimizdə “Gənclər Evi”nə ehtiyac varmı?

1008

Sumqayıt gəncləri “sumqayitxeber.com” saytına bu barədə danışıb

Eyvaz QOCAYEVin təqdimatında

Son zamanlar sosial şəbəkələrdə və Sumqayıtın yerli mediasında şəhər gənclərinin ictimai fəallığı, qarşılaşdıqları problemlər, asudə vaxtın səmərəli keçirməsi ilə bağlı davamlı olaraq müzakirələr aparılır. Müzakirələr zamanı daha çox diqqət mərkəzində olan isə şəhərimizdə “Gənclər Evi” nin olmamasıdır. Gənclər hesab edirlər ki, asudə vaxtlarını səmərəli keçirilməsi üçün və eləcə də gənclərin bir yerə toplaşması və müxtəlif tədbirlərin, seminarların keçirilməsi üçün belə bir mərkəzə ehtiyac var. Sumqayitxeber.com saytı şəhərimizin ictimai fəal gəncləri arasında sorğu keçirib və gənclərin asudə vaxtının səmərəli keçirilməsi, gənclər mərkəzinə nə dədərəcədə ehtiyacın olub olmamasını, eləcə də gənclər mərkəzi olarsa hansı formada olmalı olduğunu soruşub.

Teymur Vəliyev

Mən asudə vaxtımı əsasən Sumqayıtda – həftədə 1 dəfə futbol oynamaqla, 1 dəfə adətən çayxanada dostlarımla söhbətləşməklə, 1-2 dəfə də şəhər parkına ailəvi gəzintiyə çıxmaqla – keçirirəm. Ayda və ya 2 ayda bir dəfə də ailəvi olaraq Bakıda sirkə, kukla teatrına və ya digər attraksionlara gedirik.

Bakıda işləyən (təhsil alan) və dost-tanış çevrəsi əsasən Bakıda olanlar məncə asudə vaxtlarını elə paytaxtda keçirirlər. Digərləri, xüsusilə oğlanlar əsasən çayxanalarda olurlar. Qızların bu mənada istirahət-əyləncə imkanları məhduddur.

Gənclər mərkəzinə ehtiyac var. Amma bu mərkəz gənclərin ehtiyaclarını qarşılamağı qarşısına məqsəd qoymalıdır. Bu halda həm faydalı, həm də rentabelli ola bilər.

Gənclər evi bilmirəm necə olmalıdır. Amma mənim bir gənc kimi Sumqayıtda  ailəmlə sərbəst və mədəni şəkildə istirahət edə, əylənə biləcəyim,  dostlarımla müntəzəm görüşə, maraqlı vaxt keçirə biləcəyim yerə ehtiyacım var.

Rüstəm Sadıxzadə

İlk öncə bildirmək istəyirəm ki, söyləcəyim fikirlər Sumqayıt sakininin, gənc kimi öz şəxsi nöqteyi-nəzərim,i fikirlərimi ifadə edirəm. Ölkəmizdə yalnız Sumqayıt şəhəri “Gənclər şəhəri” adının daşıyır. Bu şəhərin qurulmasında və inkişafında gənc nəslin müstəsna rolu ilə aəlaqədardır. Hazırda 14-29 yaşarası sakinlər şəhər əhalisinin təqribən 32%-ni təşkil edir. Asudə vaxtlın necə keçirilməsi gənclərin maraqları ilə əlaqədardır: internet klublar, idman ocaqları, kitabxanalar, kafe, restoran tipli müəssisələr.

Son illər şəhərimizdə intensiv abadlıq-quruculuq işləri aparılır, müxtəlif profilli binalar yenidən qurularaq istifadəyə verilir. Şəhərimiz gözümüzün önündə abadlaşır, daha da gözəlləşir. Şübhəsiz ki, bu yeni istifadəyə verilmiş ünvanların xidmətlərindən gənclərimiz öz asudə vaxtlarını səmərəli keçirmək üçün istifadə edirlər. Amma, bütün bunlarla bərabər şəxsi fikrim belədir ki, şəhərdə gənclər üçün xüsusi Mərkəzə ehtiyyac duyulur.

Mən bu Mərkəzi çoxprofilli bir qurum kimi görürəm. Orada, idman otaqları, daimi internetlə təchiz edilmiş, kitabxana və oxu zalları, müxtəlif toplantılar, disputlar, seminarlar keçirmək üçün otaqlar olmalıdır. Ən ümdə məsələlərdən biri gənclər qurumlarının fəaliyyətlərini qura biləməsi üçün otaqların olmasına ehtiyyac var. Bu otaqlar təşkilatlar üçün qərərgah, ofis rolunu oynaya bilər. Mərkəzin fəaliyyətini aktivləşdirmək, onun dövlətə yük olmamasını təmin etmək üçün o təssərrüfat hüsablı qurum da ola bilər. Şübhəsiz, gənclər üçün göstərilən xidmətlər üçün böyük güzəştlərlə.

Ümumiyyətlə, hamımız Sumqayıt gənclərinin müxtəlif sahələrdə əldə etdiyi uğurlardan, onların respublika miqyasında yüksək ictimai fəallıqları ilə seçilməsindən xəbərdarıq. Son dövrlər şəhər gənclərinin böyük qismi Bakıya – paytaxta doğru axın edir. Bu axının zəiflədilməsində Gənclər Mərkəzinin müəyyən də rolu ola bilər.

Kamal Almuradlı

Düşünürəm ki, ölkənin 3-cü böyük şəhərində gənclər mərkəzinə ehtiyac var. Şəhərimizdə bir kinoteatr yoxdur, futbol stadionu bərbad vəziyyətdədir, məncə böyük ehtiyac var. Çünki, ölkənin ən potensiallı gəncləri Sumqayıtda cəmləşin. Gənclər üçün kinoteatr, diskusiyalar aparmaq üçün mərkəzlərə ehtiyac var.

Nurdan Orucova,

Əlbətdə ki, gənclər mərkəzinə ehtiyac var. Onsuz da bu formada olmasa da, artıq gənclər internetdə sosial şəbəkələrdə virtual olaraq “yığışırlar”, öz fikirlərini paylaşırlar. Ancaq virtual kifayət deyil, özləri görüşüb fikirlərini paylaşsalar daha effektiv olar. Mən hazırda Yeni Zenlandiyadayam. Burda mənim 80 yaşa yaxın olan dostlarım da var və onlar da ən az gənclər, hətta deyərdim bizim gənclərdən daha çox həyat eşqiylə yaşayırlar.

Yaradılacaq mərkəzdə mənəvi rahatlıq olmalıdır. Yəni fikirlərini sərbəst şəkildə bir-birinə danışmaq üçün sağlam atmosfer olmalıdır. Bu mərkəzdə müxtəlif maraqlara sahib gənclər üçün müxtəlif formatlarda və fərqli mövzualrda tədbirlər keçirilməlidir. Çünki bəzi gənclər siyasətdən danışmağı sevir, bəziləri isə başqa mövzuları. Müxtəlif maraqların daşıyıcılarını bir yerə cəmləyib, hər biriniz gəncsiniz “müzakirə edin” demək düzgün deyil.

Aygül Mehman

Sumqayıtda gənclər asudə vaxtlarını – oğlanlar kafe-çayxanalarda, qızlar isə evdə serial qarşısında keçirirlər. Bəzən də bütün günü internetdə lazımsız saytlara baxmaqla vaxt öldürürlər, özlərinin diliylə desək. Əksər hissəsinin gənclərdən ibarət olan bir şəhərdə “gənclər mərkəzi lazımdırmı?” sualına ehtiyac yoxdur. Çünki gənclər mərkəzinə çox böyük ehtiyac var.

Ümumiyyətlə fəal gənclərin özləri də iki cür olur: əyləncəyə meyilli və bir də əyləncəni hətta oxumaqda da tapanlar. Ona görə də gənclər mərkəzində idman zalından tutmuş, kompüter və bilyard salonuna kimi olmalıdır.

Əgər gənclər mərkəzi yaradılarsa bu sərbəst qurum olmalıdır ki, sonradan hansısa problemlər yaranmasın. Ancaq mütləq nəzarət də olmalıdır və bütün hesabatlar da açıq olmalıdır.

Könül Qurbanova

Əlbəttə ki asudə vaxtın səmərəli təşkili üçün bir mərkəzə ehtiyac var. O mərkəz ki,ora bütün gəncləri cəlb etmək, müəyyən maarifləndirici və eyni zamanda əyləncəli görüş təşkil etmək mümkün olsun. Ancaq bildiyim qədər bu adda bir məkan var, lakin çay evi kimi fəaliyyət göstərir. O zaman biz hansı asudə vaxtdan və gələcəyimiz olan gənclərdən danışa bilərik.

Günel Rəcəbova : Sumqayıt gəncləri asudə vaxtlarını facebook və digər internet saytlarından istifadə etməklə
keçirirlər. Gənclər üçün mərkəz olsa belə yəqin ki hər kəs istifadə etməyəcək. Şəhərdə fəaliyyət göstərən gənclər təşkilatları məhz gənclərin bir yerə toplaşması üçün ayda 2-3 dəfə onların maraqlarına səbəb olacaq tədbirlər təşkil edə bilərlər.

“Gənclər evi” gənclərin maraqlarına səbəb olacaq bir yer olmalı, hansı ki, orda onların asudə  vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif diskusiyalar təşkil olunmalı, eləcə də intelektual oyunlar keçirilməli və həmçinin onların problemlərini bölüşüb həlli yollarını tapmaları üçün şərait yaradılmalıdır.

Ramil Zeynallı

Gəncliyin bir qrupu sosial çəbəkələrə daha çox üstünlük verirlər. Elə sosial şəbəkələr var ki, bunlar gənclər arasında ünsiyyət qurulmasında, problemlərin həllinə dəstək verməkdə müəyyən əhəmiyyətə malikdir.

Hesab edirəm ki, bu formada mərkəzlərə ehtiyac var. Çünki asudə vaxtı olan gənclər bu vaxtı harada və necə keçirəcəyi barədə uzun müddət düşünürlər.  Amma belə mərkəzlər olsa fikirləşmədən oraya üz tutarlar. Bu da nəticədə gənclərin qarşılıqlı fikir mübadiləsi aparmağa, mövcud problemləri müzakirə etməyə və bundan çıxış yolları aramağa, eləcə də həll məsələlərinə yardımçı olar. Respublikamızda Sumqayıt gəncləri intellektual səviyyəsinə, bilik və bacarıqlarına görə digər bölgələrin gənclərindən xüsusilə fərqlənirlər. Əsas mərkəzlər paytaxda cəmləşdiyindən Sumqayıt gəncləri öz intellektlərini nümayiş etdirmək üçün Bakını seçirlər.  Aparılan müşahidələr onu göstərir ki, Bakıda fəaliyyət göstərən gənclər təşkilatlarında, eləcə də gənclərin birbaşa fəaliyyət prioritetinə çevrilən istiqamətlərdə də Sumqayıt gəncləri özlərini yaxşı tərəfdən göstərir. Sumqayıtda bir sıra gənclər təşkilatları var ki, bunlar da gəncliyin müəyyən bir hissəsini öz ətrafında  birləşdirir. Amma bu təşkilatlar Sumqayıtın bütün gəncliyini ətrafına toplamaq, gənclərin inkişafına dəstək verəcək missiya uğrunda məqsədli fəaliyyət göstərməyə qadir deyildir. Gənclər təşkilatlarının əksəriyyəti keyfiyyətə deyil, daha çox kəmiyyətə üstünlük verirlər ki, bu siyasət də gənclərin istənilən səviyyədə inkişafı baxımından axsamalara, geriləmələrə səbəb olur.

Yaranması nəzərdə tutulan Gənclər evi fəaliyyətini bir sıra istiqamətlərdə qurmalıdır.  Gənclər evi bir qrup gəncliyin deyil, bütün Sumqayıt gəncliyi üçün açıq olmalıdır. Şəhərimizdə fəaliyyət göstərən gənclər təşkilatlarını da bu evin fəaliyyətinə dəstək olmaq üçün prosesə cəlb etmək lazımdır.  Gənclər evində müxtəlif məqsədli hərəkətləri özündə əks etdirən bölmələr mövcud olmalıdır ki, sonradan konkret məsələlərin həyata keçirilməsində problemlər ortaya çıxmasın.

Bununla yanaşı, müxtəlif mövzuları əhatə edən intellektual oyunların, yarışların keçirilməsi də məqsədəmüvafiqdir.  Dünya ölkələri bu sahaədə əlaqə qurulmalı, onların təcrübələrindən yaralanmaq üçün işlər görmək lazımdır. Gənc nəslin vətənpərvər ruhda yetişməsində də Gənclər evi mühüm rol oynaya bilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Konul
    Noyabr 24, 2010 - 18:47

    “Gencler evi” ne weherde elbette ki ehtiyac var.
    Burda seslenen bezi fikirlere icaze verirsinizse, munasibet bildirim. Evvela onu deyim ki, Sumqayit ne qeder qabaqcil inkiwaf elese, hele genclerin bow vaxtlarinin kecirilmesi ucun tam inkiwaf elemeyib. En sadesi kinoteatr yoxdu weherde, normal kafeler yoxdu eee gedib dostlarinla maraqli birge vaxt kecirib, qehve,cay icesen, ve ya yemek yeyesen, butun ” kafeler” sozun esl menasinda cayxanalardi…. Ewwi bu hele harasidi, Turist informasiya merkezi var weherdeeeeeee??? varsa bir mene yazsin, gorum hardadi… Problemler coxduyeeeeee…ehh.

    Demeli bele:): 1. Eger ” Gencler evi” yaradilacaqsa, orda eylence formatli fealiyyetlerin eleyhineyem, bilyard kimi oyunlar bu eylence merkezini internet klubdan ve ya sozun els menasinda bardan ferqlendirmez, onda ora olacaq ancaq eylence yeri, internet kluba getmeyecekler, gelib bilyard oynayacaqlar, bizim ekseriyyet genclerin yetiwme seviyyesini nezere alsaq….
    2.Ona gore esl ” gencler evi” adlanan yerde, mutleq ve mutleq kitabxana olmalidi, tekce milli ve bedii yox, cox yaxwi Rus, Azerbaycan ve Ingilis dilerinde kitablar olmalidi, hansilari ki genclerimizin almaga ehtiyaclari yoxdu.
    3. Maraqli tedbriler kecirilmelidi,xaricde teqaudler , AI-nin proqramlari, Yeni kitablar, dunyada baw veren yenilikler haqqinda melumat verilimelidi. Eger bir merkezden idare olunsa, cox yaxwi olar.
    4. Merkezin seviyyesi ele olmalidi ki, pis cixmasin eee amma her genc ora gele bilmesin, en azindan gelmemiwden qabaq fikirlewsin ki, men o merkeze neye gore gelirem?, yani karvansaray qapisi olmasin…
    5. Burda her gencler tewkilatindan bir numayende gundelik olaraq, iwtirak elemelidi, tewkilatlarin fealiyyetleri barede, birlik formasinda, daa “men cox goturum , sen cox gotur yox”…
    Off, ureyimi bowaltdim bir az 🙂
    P.S. Rustem muellimin dediyi o yeni idman merkezlerinin qiymeti mawallah genclerin cari ayliq aldiqlari pula, ne teqaude, ne de ayliqlarina uygun deyil ki, gedesen hec olmasa bir defe… Sumqayit kasib weherdi, amma “kapitalist” deyilenler bunu nezere almirlar…

  • XANIM
    Noyabr 24, 2010 - 20:34

    Mənim nə vaxtım var, nə də həvəsim var elə mərkəzə. Kitabı oturub evdə oxuyaram da,nəyimə lazım gedim ora ki,ay millət,baxın,kitab oxuyuram… həm Sumqayir mərkəzi kitabxanası var,kim istəyir getsin.

  • sum
    Noyabr 25, 2010 - 23:01

    Deyirəm iş yox güc yox bekarçılıqdan camaat acindan ölür Cavanlar qul bazarında telfonlarda mənasız pirkol-porno izlemekden,veyil veyil gəzməkdən,çayxanalarda domino oynamaq dan başqa ne olacaq.Bəlkə hansısa bir gənc yəni papanın mamanın gülbalası olmayanlar gedib dincələcək əsla Gənclər evini onlar sadəcə eşidəcəklər

  • Lale
    Noyabr 30, 2010 - 09:35

    Mence lazimdir en azindan QHT sektorunda ishleyen ve Sumqayitin ictimai heyatinda feal olan genclerimiz ayda 2-3 defe gorushub danishiqlar aparmalidirlar

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər