Şəhərimizin idman xronikası

1431

1. MOTOSİKLET. 2 və 4 təkərli motisikletlər arasında Azərbaycan çempionatının final mərhələsi 03 oktyabr tarixində Sumqyıtda baş tudu.

Yarışda iştirak edən şəhər idmançıları Vaqif Əhmədov həcmi 250m3 olan motosikletdə birinci, 4 təkərli kvarocikılda isə ikinci oldu. Onun komanda yoldaşı Nail və Namiq Mustafayevlər həcmi 125m3 olan motosikletlərdə müvafiq olaraq birinci və üçüncü yerləri tutmuşlar.

2. AĞIR ATLETİKA. 18-25 Sentyabr 2010-cu il tarixlərində Polşada veteranlar arsaında dünya çempionatı keçirilmişdir. Milli komandamızın tərkibində iştirak edən şəhər idmançısı Hafiz Süleymanov (69kq) qızıl medalıa layiq görülmüşdür.

3. PAUERLİFTİNQ. Analoji tarixdə Polşanın Varşava şəhərində Xüsusi Olimpiya Oyunlarının proqramına daxil olan pauerliftinq növü üzrə keçrilən yarışda Respublika yığma komandasının tərkibində çıxış edən şəhər idmançıları Zahid Nuriyev (75kq) yerindən qaldırmada birinci, oturub durmada ikinci yeri tutmuşdur. Onun komnda yoldaşı Qızılgül Verdiyeva isə hə iki hərəktdə üçüncü yeri tutmuşdur.

4. KİKBOKSİNQ. Cari ilin 19-26 sentyabr tarixlərində Serbyanın Belqrad şəhərində gənclər arasında VIII-(VAKO) Dünya birinciliyində şəhər idmançısı Camal Məmmədov (51kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır.

5. ATLETIKA. 01-03 oktyabr 2010-cu il tarixlərində İsmayıllı rayonunda kross üzrə Azərbaycan çempionatı keçirilmişdir. Çempionatda Kamran Məmmədov (6000m), Lamiyyə Kamilli (1000m) qızıl, Fərid Babbasiyev (3000m), Mətləb Məmmədov (6000m) gümüş, Səbinə Babayeva (4000m) və Xaliq Paşayev (2000m) bürünc medala layiq görülmüşlər.

6. QUMBARA ATMA. 02 oktyabr 2010-cu il tarixlərində Mehdi Hüseynzadə adına şəhər stadionunda Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş “Biz Səninlə Fəxr Edirik Komandir” devizi altında keçirilən qumbara atma üzrə zona yarışında şəhər komandası ikinci yeri tutaraq final mərhələsinə vəsiqə qazandı.

7. UŞU-SANDA. 01-03 oktyabr 2010-cu il tarixlərində Bakı şəhərində keçirilən Azərbaycan birinciliyi və çempionatında Ağabala Babayev (+91kq), Vüqar Əsgərov (85kq) qızıl, Naib Hacıyev (75kq), Rauf Nəcəfov (80kq), Elnur Mahmudov (60kq), İsrafil Nəcəfov (28kq) gümüş, Əülfəz Mehdiyev (48kq) və Oktay Xanlarzadə (39kq) bürünc nükafata layiq gğrülmüşlər.

8. ŞAHMAT. 19-29 Sentyabr 2010-cu il tarixlərində Gürcüstanın Batumi şəhərində 18 yaşadək oğlan və qızlar arasında keçirilən avropa birinciliyində milli komandanın tərkibində iştirak edən şəhər idmançısı Vasif Durarbəyli qızıl medalıa sahib olmuşdur.

19 sentyabr 2010-cu il tarixində Rusiyanın Xantı-Mansis vilayətində startı verilən Ümumdünya Şahmat Olimpiadasına 04 oktyabr tarixində yekun vurulmuşdur. Yarışda milli komandan tərkibində şəhər idmançıarı qrossmesterlər Şəhriyar Məmmədyarov, Türkan və Zeynəb Məmmədyarovalar çıxış etmişlər. Şahmatşılarmız komanda yarışında mükafata layiq yerləri tutmasalarda, şəxsi yarışda Zeynəb Məmmədyarova gümüş mükafata layiq görülmüşdür.

9. FUTBOL. Cari ilin 2 oktyabr tarixində M. Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Azərbaycan çempionatının 1 dəstəsinin növbəti oyunu keçirilmişdir. Sumqayıtın eyni adlıkomandası ilə Yevlaxın Karvan komandası qarşılaşmışdır.Gərgin mübarizə şəraitində keçən görüş 1-0 Sumqayıt komandasının xeyrinə bitmşdir.

10. BOKS. 01 oktyabr tarixində startı verilən 1995-96 cı il təvəlüdlü yeniyetmələr arasında şəhər birinciliyinə 03 oktyabrda yekun vurulmuşdur. Birincilikdə Kənan Bayramov (42kq), Əvəz Əmiraslanov (44kq), Kamran Əliyev (46kq), Təbriz Novruzov (48kq), Caml Pirverdiyev (50kq), İbrahim Kərimli (52kq), Nicat Şərifxanov (54kq), Cavid Qəniyev (57kq), Şamil Əliyev (60kq), Elşən Rzayev (63kq), Fəxrəddin Ağayev (66kq), Nəsir Niyazlı (70kq), Yaşar Həmidov (75kq) və Kənan Məmmədov (80kq) birinciliyin qalibi olmuşlar.

Şəhər yarışının qalib və mükafatçılarına Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı təqdim olunmuşdur.

Mail Hümbətov

Sumqayt şəhər Gənclər və İdman Baş

İdarəsinin baş  məsləhətçisi

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • MEDINE
    Oktyabr 7, 2010 - 18:44

    Yasirisi biz Yasil Velosipedciler izledik canli olaraq.ela idi qalib gelenler sevinirdi :)))))))))

MEDINE üçün bir cavab yazın Cavabı ləğv et

Facebook Şərhlər
Bənzər Xəbərlər