Şəhid bacısının toyunda təsirli anlar – VİDEO

1173

Yardımlı rayonunun Honuba kəndində Aprel döyüşləri zamanı şəhid olan Nurəddin Mirzəyevin bacısının toy mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, gənc ailəni təbrikə gələnlər arasında Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin xidmət yoldaşları və döyüşçü dostları da olub.

Toy mərasimindən əvvəl hərbi qulluqçular və yaxınları tərəfindən şəhidin məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Rayondakı şadlıq sarayında təşkil olunan toy mərasimi Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlayıb.

Toy mərasimində çıxış edən Azərbaycan Ordusunun zabiti şəhid Nurəddin Mirzəyevin bir vaxtlar xidmət etdiyi hərbi hissənin kollektivi adından təbriklər və xoş arzular çatdırıb.

Qeyd edək ki, şəhid Mirzəyev Nurəddin Eytimad oğlu 1996-cı il dekabrın 20-də Yardımlının Honuba kəndində anadan olub. 2015-ci il yanvarın 14-də hərbi xidmətə yollanıb. 2016-ci ilin aprel ayının 2-dən 3-nə keçən gecə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər