Şəhidimiz anıldı – FOTOLAR

1248

Dünən Vətən müharibəsi şəhidi, əsgər Həsənquliyev Səbuhi Əlixan oğlunun doğum günü idi. Şəhidin 19-cu doğum günü onsuz, dünyaya göz açdığı Sumqayıt şəhərində qeyd olunub.
Milli Məclisin deputatı Müşfiq Məmmədli, Qafqaz müsəlmanları idarəsinin Abşeron, Sumqayıt, Xızı üzrə axundu Hacı Rauf Sərdarov və şəhər ictimaiyyətinin nümayəndələri şəhid qəhrəmanın ata ocağını ziyarət edib, şəhidimizin şərəfinə hazırlanmış barelyefin açılışında iştirak ediblər. Millət vəkili şəhidimizin keçdiyi döyüş yolu haqqında danışaraq Vətən müharibəsində göstərdiyi şücaətdən bəhs edib. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılmış tarixi qələbədə Səbuhi kimi vətən oğullarının müstəsna xidmətini xüsusi ilə vurğulayıb. Şəhidin valideynlərinə nümunəvi övlad yetişdirkləri üçün təşəkkür edərək onu heç zaman untumayacaqlarını söyləyib. Daha sonra şəhər ictimaiyyəti ilə birlikdə Sumqayıt şəhidlər xiyabanında qəhrəman şəhidimizin məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər