Şəhriyar Məmmədyarov 4-cü yer oldu – 75 min dollar qazandı (SİYAHI)

3091

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Sinquefield Cup” turnirində 4-cü yeri tutub.

BAKU.WS xəbər verir ki, təmsilçimiz nüfuzlu turnirdə son turda hindistanlı Vişvanatan Anandla qarşılaşıb və partiya heç-heçə başa çatıb.

Şəhriyar bu heç-heçə ilə xallarının sayını 5-ə çatdırıb və “Sinquefield Cup” turnirini 4-cü yerdə başa vurub.

Turnirin qalibi ABŞ-dan olan Fabiano Karuana, ikinci yer erməni Levon Aronyan, üçüncü yeri isə hazırkı dünya çempionu Maqnus Karlsen olub.

Şahmatçıların son iştirak etdikləri 4 yarışda qazandıqları ümümi qazanc da açıqlanıb. Nəticələrə uyğun olaraq ən çox vəsaiti Hikaru Nakamura qazanıb (105 min dollar). Şəhriyarın yarışlardan ümumi qazancı isə cəmi 75 min dollar olub. O bu göstərici ilə onluqda ən az qazanan şahmatçılar sırasında yer alıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər