Şəhriyar Məmmədyarov ABŞ-dakı Sinkfild kubokunda uğurla çıxış edir

1254

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Mussuri ştatındakı Sent-Lüis şəhərində dünyanın ən güclü şahmat ustalarının iştirakı ilə keçirilən Sinkfild kubokunda uğurlu çıxışlarını davam etdirir. O, üçüncü turdan sonra Maqnus Karlsen və Levon Aronynla ilk yerlərdə qərar tutub.

Birinci turda amerikalı beynəlxalq qrossmeyster Vesli So ilə oyunda qələbə əldə edən Şəhriyar Məmmədyarov Chess.com saytına müsahibədə bu uğurun “yaxşı müjdə” olduğunu bildirib və turnirdə oyunlarından razı qaldığını deyib.

Şəhiryar Məmmədyarov Sent Luis Şahmat Klubuna müsahibəsində Sinkfild kubokunda rəqiblərinə qarşı oyunlarından danışıb.

Sinkfild 2018 kubokuna bu il 10 şahmat ustası qatılıb. Bunlar Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura, Vesli So (hamısı ABŞ), Levon Aronyan (Ermənistan), Visvanatan Anand (Hindistan), Sergey Karyakin, Aleksandr Qruşşuk ((hər ikisi Rusiya), Maksim Vaşye-Laqrav (Fransa) və azərbaycanlı Şəhriyar Məmmədyarovdur.

Avqustun 19-da başlayan turnir ayın 27-nə qədər davam edəcək.

Şəhriyar Məmmədyarov və Fabiano Karuana
Şəhriyar Məmmədyarov və Fabiano Karuana

Şahmat turniri Sent-Luis şəhərində Qrand turdan dərhal sonra keçirilir. Bu turnirdə uğurla iştirak edən Şəhriyar Məmmədyarov ən yüksək-2821.7 xalını qazanaraq, planetin ən güclü ikinci şahmatçısı olub. Hazırda o, dünya şahmatçıları arasında 7-ci yerdədir.

Sinkfild kuboku uğrunda turnirdə son beş ildə eyni qrossmeyster təkrar qələbə əldə etməyib. Keçən il kubokun qalibi Maksim Vaşye-Laqrav bu il titulunu qorumaq istəyir. Şahmat ustalarının çoxu iyul ayında oyunlara qatılmamaq qərarı versə də, Karlsen, Vaşye-Laqrav və Məmmədyarov avqustun 1-də bitən Biel Beynəlxalq Şahmat Festitalında iştirak edib. Karlsenlə gərgin mübarizədən sonra Şərhiyar Məmmədyarov super-turnirin qalibi olub.

Sent Luisdəki turnir Maqnus Karlsen və Fabiano Karuano arasında noyabr ayında şahmat həvəskarlarının səbirsizlklə gözlədiyi dünya çempionatına hazırlıq kimi dəyərləndirilir. Maqnus matçın keçirildiyi illər daha yüngül cədvələ üstünlük verdiyi üçün qrand turun ilk hissəsində iştirak etməyərək, Sinkfild kubokuna qatılıb (“Amerikanın səsi”).

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər