Şəhriyar Məmmədyarov özünə sponsor tapdı

1697

Bir neçə ay öncə məşhur şahmatçımız Şəhriyar Məmmədyarovun sosial media hesabından sponsor məsələsi ilə bağlı paylaşdığı status gündəm mövzusuna çevrilmişdi.

Oxu.Az xəbər verir ki, həmin statusunda sponsorsuzluqdan gileylənmiş Məmmədyarov artıq bu problemini həll edib.

O, internet texnologiyası sahəsində fəaliyyət göstərən agentliklərdən biri ilə razılığa gəlib. Həmin agentliyin 25 yaşlı sahibi Fərid Məhərrəmli öz şəxsi “Instagram” hesabında “Grand Master Shakhriyar Mammedyarov and his new brandmaker” (Qrossmeyster Şəhriyar Məmmədyarov və onun yeni brendmeykeri) başlığı altında birlikdə olan şəklini paylaşıb.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovun meneceri sponsorluq müqaviləsinə görə ilinə 500 min manat verilməsini istəyirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər