Şərq bazarı ərazisində tullantılar niyə yığışdırılmır?

843

Təmizlik Departamentinin direktoru Rahim Mustafayev: “Şərq bazarı və bu ərazidə yerləşən obyektlər müqavilə imzalamaqdan yayınırlar”

Hazırda Sumqayıt şəhərinin yaşayış massivlərində 220 tullantıları qəbulu məntəqəsi var ki, onlarda da 2392 ədəd 1100 litrlik qutu mövcuddur. Buna baxmayaraq şəhərimizin müxtəlif ərazilərində qalaq-qalaq yığılıb qalmış tullantılara rast gəlmək mümkündür. Belə yerlərdən biri də Şərq bazarı ərazisindədir. Şəhər sakinləri tərəfindən “sumqayitxeber.com” saytına çoxsaylı müraciətləri nəzərə alaraq sözügedən əraziyə yollandıq və həqiqətən də acınacaqlı bir mənzərənin şahidi olduq. Məsələ ilə bağlı Sumqayıt şəhər Təmizlik Departamenti MMC-nin baş direktoru Rahim Mustafayevlə əlaqə saxladıq. Şərq bazarı ətrafındakı vəziyyətlə tanış olduqlarını qeyd edən Rahim Mustafayev “sumqayitxeber.com” saytına açıqlamasında bildirdi ki,  Sumqayıt şəhər Təmizlik Departamenti təsərüfat hesablı bir departamentdir və göstərdiyi xidmətə görə, ələlxüsus da ticarət və xidmət obyektləri, öz ərazilərindən olan məntəqələrdən daşınan məişət tullantılarına görə departamentlə müqavilə bağlayıb müəyyən məbləğdə pul köçürməlidir: “Şərq bazarı və bu ərazidə yerləşən obyektlər konkret olaraq müqavilə imzalamaqdan yayınıblar. Şərq bazarı ərazisində 100-ə yaxın xırda obyektlər var. O ərazidə bildiyiniz kimi böyük quyu var. Biz şərq bazarının müdriyyəti ilə danışdıq ki, texniki cəhətdən biz kömk göstəririk və tullantıları  yığışdırırıq . Ancaq onlar da o quyunu doldurmalıdır. Bu günə kimi, təəssüflər olsun ki, buna əməl olunmadı. Həmin yerdən 4 maşından çox zibil apardıq. Biz şərtimizə əməl elədik, ancaq gördüyünüz kimi onlar hələ də buna  əməl etməyiblər.”

Texnikanın saxlanması xərclərini indiki tariflərə əsasən ödəmək mümkün olmadığını  vurğulayan idarə rəhbəri onu da qeyd etdi ki, ticarət və xidmət obyektlərinin əksəriyyəti bu müqavilələrin bağlanmasından, xidmətin göstərilməsindən boyun qaçırırlar. Hazırda bununla bağlı şəhər İcra Hakimiyyətinin göstərişi var, Gigiyena və epidimologiya mərkəzi və digər müvafiq orqanlar bu işə qoşulublar ki, həmin obyektlər  tullantıları zərərsizləşdirilməsi  və daşınması üçün müqavilə bağlamalıdır və departamentdə xidmət göstərməlidir. Biz bu gün çalışırıq ki, bu xidməti maksimuma çatdıraq. Birinci növbədə müqaviləsi olanlara xidmətimizi göstərək və ikinci növbədə də digər yerlərə.  Bu gün xidmət göstərdiyimiz elə idarələr var ki, heç müqavilə bağlamayıb. Elə parklar, şadlıq evləri var ki, bu günə kimi müqavilə imzalamayıb.”

Məhəllə daxili ərazilərdə zibil qutularının sayının az olmasına gəlincə R.Mustafayev bildirdi ki, Hal hazırda bununla bağlı müqavilə bağlanıb həmin müqavilə əsasında da zibil qutularının sayı çoxaldılır: “Təzə qutuların bəziləri artıq şəhərin müxtəlif yerlərində quraşdırılıb və üzərində “Sumqayıt şəhər təmizlik departamenti” yazılıb. Bu gün 100-dən çox yeni qutular yerləşdirilib. Çalışırıq ki, bu problemi də aradan qaldıraq”

Xəzərin Sumqayıt sahilində Qeyri Hökümət Təşkilatlarının (QHT) və Kütləvi İnformasiya Vasitələrinin (KİV)  dəstəyi ilə keçirilən təmizlik aksiyasına münasibət bildirən Rahim Mustafayev  bu işin təkcə QHT, KİV və təmizlik departamentindən asılı olmadığını əhalinin də bu işdə fəal olmasının vacibliyini vurğuladı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • imran
    Sentyabr 14, 2010 - 21:30

    Mene ele gelir ki,Temizlik departamentinin bele el-ayaqa dushmeyinin sebebi hec de natemizlikden narahatciliq yox , bu yaxinlarda bu qurumun Ekoloqiya ve Tebii Servetler nazirliyi TEREFINDEN 7000 manat cerimelemesidir.Sadece olaraq bu pulu budceden- ciblerinden vermek istemirler deye guya zibil yiqanlar kimi heresininelinde sssrisdayaqi bir papka dushubler sahibkarlarin canina.Bu qurumu biz yaxshi taniyiriq /Bir arada 20 manatliq zibil qutularini 80 manata zorla camaata siridilar ve dedikleri muqavileni de baqladilar ancaq cemi bir defe zibil yiqdilar ve bir daha goze gorsenmediler bele sheyle sadece aksiya xrakteri dashiyir

  • MEDINE
    Sentyabr 14, 2010 - 23:23

    ayda bura 13 mkr dir biyabirciliq.cox pis bir veziyyetdir o erazide.evver yene az tokulurdu amma axir vaxtlar…..zibil yesiklerideki yerli dibli yoxdur.bu meseleye toxundugunuza gore teskkurler

  • Emin
    Yanvar 18, 2012 - 00:06

    Eslinde ancaq temizlik departamentini qinamaq da olmaz. Natemizliye sherait yaradan cox vaxt ele sakinlerin ozleridir. Zibili zibil uchun xususi qoyulmus qutular olduqu halda hara geldi atirlar. Zibili salafan klyokda oz menzilinin eyvanindan cole atanin shexsen oz gozlerimle shahidi olmusam. 20 % departamentin gunahi varsa 80 % sakinlerin gunahidi. Mence bu 80%-in uzerine daha cox dushmeliyik neyinki guc serf edib o 20%-i duzeltmek.

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər