Sərxoş kişi mağazanı taladı, Sumqayıtda dəyərindən ucuz satdı

1173

Siyəzəndə oğurluq etmiş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Siyəzən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin əvvəlində rayon ərazisində yerləşən Elnur Abdullayevə məxsus geyim mağazasının saxlanc yerindən 30 cüt kişi və qadın ayaqqabıları oğurlayaraq, zərərçəkənə min manata qədər maddi ziyan vurmaqda şübhəli bilinən 48 yaşlı Mais Nəzərov saxlanılıb.

Dindirilmə zaman Mais Nəzərov oğurluq hadisəsini içkili halda törətdiyini, oğurladığı ayaqqabıları Sumqayıt şəhərində dəyərindən xeyli ucuz qiymətə satdığını, əldə etdiyi pulları isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib.

Mais Nəzərov əvvəllər dəfələrlə oğurluq etdiyinə görə həbs olunub.

Faktla bağlı Siyəzən rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər